Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Şamaxı səfərində müxalifətçilər prezidentlə görüşmək arzusundadırlar


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Şamaxıya gedir.



Şamaxı icra başçısının köməkçisi Nadir Məmmədov ölkə rəhbərinin bölgəyə səfərini təsdiqlədi və dedi ki, prezidentin həmin gün Şamaxıda bir neçə müəssisənin açılışında iştirakı gözlənilir.



«Regionların sosial inkişafı ilə bağlı prezident İlham Əliyev Şamaxıya gələcək və bir neçə müəssisənin açılışında iştirak edəcək. Ancaq bunların konkret hansı müəssisələr olacağı hələ ki, dəqiq məlum deyil».



Azərbaycan Xalq Cəbhəsi partiyası Ali Məclisinin üzvü, Şamaxı sakini Zahir Məmmədov isə deyir ki, bölgədə müxalifətin normal fəaliyyətinə imkan verilmir. Buna görə də Şamaxıda müxalifət öz tədbirlərini müxtəlif yerlərdə keçirmək məcburiyyətində qalır.



Bu barədə prezidentə məktub da yazdıqlarını deyən AXCP fəalının sözlərinə görə, prezidentin Şamaxıya səfərindən onların da xəbəri var və əgər imkan verilsə, bir sıra problemlərlə bağlı ölkə başçısına müraciət etmək fikrindədirlər.



«Mümkün olsa, prezidentə müraciət edə bilərik. Buna marağımız da var. Ancaq bizdə o imkan yoxdur. Əgər imkan verilsə, hətta orada çıxış edib rayonun ümumi problemlərindən – torpaq islahatlarından, ictimai vəziyyətdən danışarıq. Şamaxının respublikanın ümumi problemlərindən kənar özünün problemləri var. Müxalifə yer verilmir. Demokratik blok halında birləşmişik. Ancaq heç çayxanada da bizə imkan vermirlər yığışmağa».



Zahir Məmmədov deyir ki, hökumət adamlarının özlərinin prezidentə müraciət edə bilmədikləri halda müxalifətin bu istəyinin baş tutacağı inandırıcı deyil.



Azərbaycan prezidenti İlham Əliyev son bir ildə regionların inkişafı proqramı çərçivəsində ölkənin 10-a yaxın bölgəsinə - Qazax, Gəncə, Quba, Xaçmaz, Lənkəran və digər yerlərə səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG