Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:17

İşgəncələr Əleyhinə Komitə 4 ayda 20 işgəncə qeydə alıb


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” İşgəncələr Əleyhinə Komitənin hesabatına görə, bu ilin 4 ayı ərzində 20 işgəncə halı qeydə alınıb.



Komitənin rəhbəri Elçin Behbudovun sözlərinə görə, işgəncə verilən yerlər sırasında əvvəlki illərdə olduğu kimi polis idarələri, müvəqqəti saxlama yerlərinin adı çəkilir.



Elçin Behbudov deyir ki, bir qayda olaraq polisin adının hallanması işgəncə verənlərin cəzasız qalmalarıyla bağlıdır.



İşgəncələr Əleyhinə Komitə 2004-cü ildə işgəncəyə məruz qalan 50 adam haqqında məlumat toplamışdı.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə deyir ki, vətəndaşlara işgəncə verilməsiylə bağlı nazirliyin Daxili Təhqiqatlar İdarəsində bir fakt da olsun qeydə alınmayıb. Ona görə də polisin işgəncə verməsi haqqında deyilənlərin əsası yoxdur.



Hüquqşünaslar Forumunun həmsədri İntiqam Əliyev isə bildirir ki, əgər hər hansı qeyri-hökumət təşkilatı işgəncələrlə bağlı hesabat hazırlayırsa, hüquq-mühafizə orqanları ilk andan bunu inkar etmək yox, məlumatları araşdırmaldır.



Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi də Azərbaycanda işgəncələrin olması haqqında hesabat hazırlamışdı.



2003-cü ilin bir neçə ayını əhatə edən hesabatda bu sahədə insan haqlarının və qanunvericiliyin ciddi pozulması göstərilmişdi.
XS
SM
MD
LG