Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:26

Gənclər təşkilatları seçkilərə hazırlaşır


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Bu fərqlər Ukraynadakı hadisələrdən sonra tanınan Poranın nümayəndələrinin fikrincə, birinci növbədə Gürcüstanın “Kmara”, Ukraynanın “Pora” təşkilatlarının böyüklüyü, Azərbaycanda yaranan təşkilatların isə kiçikliyi ilə bağlıdır. Amma Azərbaycanda “Yox”, “Yeni Fikir”, “Dalğa”, “Məqam” adlı təşkilatlar cəmi bir neşə ayda yaranıb və Ukraynanın “Pora” təşkilatının koordinatoru Andrey Yusovun fikrincə Poranın gettdiyi yola yenicə başlayıblar. Onun fikrincə, təşkilatlar ilkin olaraq böyüməyə və universitetlərdə geniş fəaliyyətə can atmalıdırlar. Andrey Yusov Poranın bu yolla ümumukrayna tətilləri keçirdiyini deyir.



“Bizim fəaliyyət göstərdiyimiz müəyyən ümumi prinsiplər var idi. Bunlar - ədalətli seçkilərin keçirilməsi, seçki prosesi dövründə tərəfsiz informasiyanın yayılması və güc işlətməmək prinsipi. Bu məqsədlərə nail olmaq üçün güclü təbliğat işi qurmuşduq, birbaşa təsir edici tədbirlər də görürdük. Çox vacib məqam kütləvi informasiya vasitələrlə işləməklə bağlı idi. Ümumiyyətlə buna ayrı-ayrılıqda qiymət verə bilmirəm, gördüyümüz işlər kompleks şəklində idi. Amma əsas məqsədimiz –Pora-nı daha böyük təşkilat etmək idi. Bunu üçün xüsusi tətil komitələri sonra isə universitetlərdə kiçik özəklər yaratdıq. Və əslində çox az adam həqiqi üzvümüz olsa da bu azlıq ümumukrayna tətillərini təşkil etmək üçün əsas oldu. Həm də hər bir universitetdə nümayəndəmizin olmasını özümüzə məqsəd kimi qoymuşduq.”



Ukraynanın “Pora” təşkilatının koordinatoru Andrey Yusovun dedikləri ilə razılaşan Yeni Fikirin başçısı Ruslan Bəşirli indi kiçik olan təşkilatların birləşmək üçün iş görmələrini deyir. Onun sözlərinə görə, artıq 3 təşkilatı birləşdirən Yeni Fikir heç kimin başçılıq etməyəcəyi koalisiya yaratmağı müzakirə etmək üçün yaxın vaxtlarda danışıqlara başlayacaq.



Yeni Fikirin başçısı Ruslan Bəşirlinin təklif etdiyi strukturu Məqamın koordinatoru Orxan Qafarlı da dəstəkləyir. Onun sözlərinə görə, Yeni fikirçilər ötən həftə piket keçirməklə, Yox təşkilatının üzvləri isə aprelin 2-də paytaxtın mərkəzi küçələrində -gənclərin sıx olduğu yerlərdə yaşıl boya ilə Yox yazması, Məqamçıların isə təbliğat aparması- mübarizə növləridir. Və bunlar ümumi bir ideya altında birləşə bilər.
XS
SM
MD
LG