Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:35

Azərbaycan müxalifəti yol ayrıcında: təkamül, yoxsa inqilab?


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Parlament seçkiləri öncəsi siyasi qüvvələr arasında hakimiyyət dəyişikliyi məsələsinə iki cür münasibət mövcuddur - Azərbaycan üçün hansı yol məqbuldur: təkamül, yoxsa inqilab? Bu günlərdə yaranan «İctimai liderlər» birliyi Gürcüstan və Ukrayna yox. Qırğızıstan və Moldovada baş verən hadisələrə diqqət yönəltməyi vacib sayır. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Azay Quliyev deyir ki, onlar Azərbaycanda da Qırğızıstanda olduğu kimi inqilabın talanlar və qətllərlə müşayiət ediləcəyindən ehtiyatlanırlar və Moldovada olduğu kimi hakimiyyətin azad seçkiyə şərait yaratması ilə nəticələnən varianta üstünlük verirlər. Azay Quliyev onu da deyir ki, son 15 ildə Azərbaycanda baş verən hakimiyyət dəyişiklikləri ölkə üçün böyük itkilərə gətirib çıxarıb, yaranan xaosdan istifadə edən erməni silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Azay Quliyev hesab edir ki, ötən prezident seçkilərindən sonra baş verən toqquşma da ölkədə sabitliyin pozulması ilə nəticələ bilərdi. O bildirir ki, təmsil etdiyi birlik dinc mübarizə üsullarının, Seçki Məcəlləsinin təkmillərşdirilməsinə nail olmağın tərəfdarıdır.



Bir müddət əvvəl təsis edilən «16 oktyabr» hərəkatının üzvü, ötən prezident seçkilərindən sonra baş verən toqquşmalara görə məhkum edilmiş keçmiş millət vəkili İqbal Ağazadə isə deyir ki, Azərbaycanda dəyişikliklərin təkamül yoluyla baş verməsi mümkün deyil. Onun fikrincə, təkamülçülüklə seçki saxtakarlığının qarşısını almaq mümkün deyil. İqbal Ağazadə deyir ki, hakimiyyət dəyişikliyi zamanı xaosun yaranması mümkündür. Amma onun fikrincə, xalqın iradəsi ilə formalaşmayan hakimiyyət Azərbaycan üçün daha böyük problemdir.



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, seçkiyə qatılan qüvvələrin hakimiyyət dəyişikliyinə iki müxtəlif yanaşması olsa da, təkamül variantının reallaşması daha çox hakimiyyətdən asılı bir məsələdir. Onun fikrincə, hakimiyyətdən cəmiyyətə seçkinin demokratik keçiriləcəyinə ümid yaradan mesajlar verilməlidir. «Amma hələ ki biz bunun şahidi olmuruq. Seçkiyə start verilməsinə 2-3 ay qalsa da, Seçki Məcəlləsinə düzəlişlər məsələsi hələ də reallaşmayıb. Bu olmayacaqsa, cəmiyyətdə radikal əhval-ruhiyyə artacaq».
XS
SM
MD
LG