Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:18

Qəzetlər Bakı metropoliteninin rəisindən təzminat istəyirlər


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Dörd müxalifət və bir idman qəzeti Bakı metropoliteninin rəisini məhkəməyə verib.



Redaktorlar Tağı Əhmədovun sözugedən qəzetlərin metro stansiyalarında satışına qadağa qoyduğu üçün məhkəməyə müraciət ediblər.



Bu gün Yasamal rayon Məhkəməsində «Azadlıq», «Yeni Müsavat», «Bakı Xəbər», «Bizim yol» və «Futbol+» qəzetlərinin Bakı metropoliteninin rəisi Tağı Əhmədova qarşı iddialarıyla bağlı məhkəməyə hazırlıq iclası keçirildi.



Qəzetlərin məhkəmədəki nümayəndəsi, «RUH» Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri Hüquq Salmanov bildirir ki, 2003-cü ilin prezident seçkilərinə qədər adıçəkilən qəzetlər metro stansiyalarında sərbəst satılırmış. Seçkidən sonra isə qəzetlərin satışı dayandırılıb. «Metroserviz» şirkəti onlarla müqavilə bağlamayıb. Yalnız yerli və beynəlxalq jurnalist təşkilatlarının çoxsaylı müraciətlərindən sonra aprelin 10-da qəzetlərin metroda satışı bərpa olunub.



Qəzetlər hesab edirlər ki, satışları qadağan olunduğu vaxt onlara böyük məbləğdə maddi ziyan dəyib. Buna görə də metropolitenin rəisi Tağı Əhmədovdan 194 milyon manat təzminat tələb edirlər.



Bakı metropoliteninin məhkəmədəki nümayəndəsi Azər Qibləliyev isə qəzetlərin iddiasını əsassız sayır. Deyir ki, qəzetlər «Metroserviz»lə müqavilə bağlamadıqlarına görə satışlarına icazə verilmirmiş.



Metropolitenin vəkili Tağı Əhmədovun qəzetlərin satışına şəxsən özünün icazə verməməsiylə bağlı çıxışları haqqında isə dedi ki, əsas hüquqi sənəddir, hansısa söz müqavilə rolunu oynaya bilməz.



Bugünkü hazırlıq iclasında hakim tərəflərə barışıq təklif etsə də, qəzetlər bununla razılaşmayıb.



Məhkəmənin başlanması mayın 11-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG