Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57

ADP-də struktur dəyişikliyi edildi


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Azərbaycan Demokrat partiyasının həmsədri Rəsul Quliyev yenidən partiyanın rəhbəri seçilib. Ancaq bundan sonra o, bu quruma həmsədr yox, sədr olaraq rəhbərlik edəcək.



Partiyanın ideologiya katibi Aydın Quliyevin sözlərinə görə, ADP-nin aprelin 23-də keçirilən 8-ci qurultayında bu qurumun nizamnaməsinə prinsipial dəyişikliklər edilib.



İndiyə qədər mövcud olan həmsədrlik institutu ilə yanaşı katiblik institutu da ləğv edilib. Bunun əvəzində isə partiyanın sədri tərəfindən təyin edilən müavinlər institutu təsis olunub. Onun fikrincə, bu struktur dəyişiklikləri yeni mərhələdə əhəmiyyətli rol oynayacaq.



Aydın Quliyev deyir ki, qurultayda əsas diqqət qarşıdakı parlament seçkilərinə yönəlib.



“Bu seçkilərin demokratik keçirilməsi üçün yerlərdə hansı işlərin aparılacağı, mövcud olan bütün imkanlardan necə istifadə ediləcəyi məsələləri müzakirə olunub. Hesab edirəm ki, bu qurultayda səslənən fikirlər azad və ədalətli seçkilərin keçirilməsi baxımından Azərbaycan cəmiyyətinə ciddi bir mesaj olacaq».



Tədbirdə bir sıra başqa qonaqlarla yanaşı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG