Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:45

Gənclər təşkilatı fəallarının MTN-ə aparıldığı iddia olunur


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Aprelin 22-dən 23-nə keçən gecə «Yeni Fikir» Gənclər Birliyinin bir qrup üzvü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılıb.



Təşkilatın sədri Ruslan Bəşirli belə deyir və əlavə edir ki, «gecə saat 24 radələrində üç nəfər İnternet klubdan, iki nəfər isə birbaşa evlərindən aparılıb. MTN-də onlardan aksiya keçirmələri, bu təşkilatın haradan maliyyələşməsi və “məxməri inqilab”a hazırlaşıb-hazırlaşmaması ilə bağlı izahat alıblar».



Ruslan Bəşirlinin sözlərinə görə, nazirliyə aparılarkən müqavimət göstərdikləri bəhanə edilərək gənclərə qarşı zor tətbiq olunsa da, MTN-də onlara heç bir fiziki təzyiq göstərilməyib. Gecə saat 1 radələrində onlar metronun «Əhmədli» stansiyası yaxınlığına gətirilərək buraxılıblar.



Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Babayev isə bu deyilənlərin həqiqətə uyğun olmadığını bildirir.



Aprelin 22-də «Yeni Fikir» Gənclər Birliyi Bakı şəhər Prokurorluğu qarşısında etiraz aksiyası keçirmişdi. Həmin aksiya zamanı bu təşkilatın sədri də daxil olmaqla 9 üzvü həbs olunmuşdu. Elə həmin gün onlar Xətai rayon Məhkəməsinin qərarı ilə azad edilmişdilər.
XS
SM
MD
LG