Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:58

E. Hüseynovun qətli ilə bağlı bir nəfər saxlanıb


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Vəkil Namizəd Səfərov deyir ki, Tuqay Bayramov cinayətdə əli olduğu guman edilən şəxslərlə qohumluq əlaqəsinə görə saxlanıb. Amma onların kimliyini hələlik demirlər.



Vəkilin sözlərinə görə, aprelin 22-də o, müdafiə etdiyi şəxslə görüşüb və Tuqay Bayramov ona deyib ki, E. Hüseynovun qətlində şübhəli şəxs kimi saxlanıb, amma sonradan saxta sənədlər hazırlamaqda ittiham edilərək 4 ay cəza alıb.



MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev isə bizimlə söhbətdə bildirdi ki, istintaq sirri olduğu ücün hələlik heç bir məlumat verə bilməzlər.



Elmar Hüseynov Fondunun həmtəsisçiləri isə jurnalistin qətli və Azərbaycan mətbuatının vəziyyəti ilə bağlı məsələni bu gün Bakıdakı diplomatik korpusun nümayəndələri ilə müzakirə ediblər.



Norveçin Bakıdakı səfirliyində keçirilən müzakirələrdə Avropa Birliyi ölkələrinin, o cümlədən ABŞ və Türkiyənin səfirləri iştirak ediblər.



İştirakçılardan biri, Şahbaz Xuduoğlunun deməsinə görə, müzakirələrdə iştirak edən səfirlər bildiriblər ki, Bakıdakı diplomatik korpus E. Hüseynovun qətli ilə ciddi maraqlanır və bütün səviyyələrdə keçirilən görüşlərdə bununla bağlı məsələ qaldırırlar.
XS
SM
MD
LG