Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:20

Siyasətçilərin bir qrupu Corc Buşla görüşmək istəyir


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Azərbaycanda fəaliyyət göstərən siyasətçilərin bir qrupu ABŞ prezidenti Corc Buşla görüşmək istəyir.



Bu haqda təkliflə Müsavat başqanı İsa Qəmbər ABŞ-a səfəri zamanı Dövlət Departamenti və Konqresdəki görüşlərində çıxış edib.



İsa Qəmbərin sözlərinə görə, təklif müsbət qarşılanıb və Corc Buşun mayın 10-da Gürcüstanın paytaxtı Tbilisiyə səfəri zamanı bu görüş baş tuta bilər.



Müsavat başqanı hər üç Qafqaz ölkələsinin siyasi partiya və fəal qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə prezident Corc Buşun görüşməsini təklif edir.



Onun sözlərinə görə, aprelin 11-də başlanan ABŞ səfərindən sonra Böyük Britaniyada BP şirkətinin nümayəndələri ilə də vacib danışıqlar aparıb. Amma o, bu danışıqların kimlə və konkret nə haqda aparıldığını açıqlamadı.
XS
SM
MD
LG