Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:48

Polis gənclər təşkilatının piketini dağıdıb


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Bu gün polis «Yeni fikir» gənclər təşkilatının Bakı Şəhər Prokurorluğunun qarşısında keçirmək istədiyi piketi dağıtdı və bu təşkilatın 11 fəalını tutdu.



Piketçilər qurumun bir neçə üzvünün aprelin 9-da şəhərdə vərəqələr yayandan sonra polis bölməsinə aparılmasına, orada təzyiqlərə məruz qalmasına etiraz edirdilər. Həmin vərəqələrdə əhali korrupsiyaya qarşı mübarizəyə çağırılırdı.



«Yeni fikir»in sədr müavini Səid Nuriyev bugünkü aksiyanın keçirilməsi haqda mətbuata məlumat verəndə polis onu və qurumun başqa bir üzvünü də saxladı.



Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə dedi ki, saxlananlar polis bölməsinə aparılacaq və izahat alınacaq.



Günün sonunda «Yeni fikir» təşkilatının 5 nəfər üzvü 110 min manat pul cəriməsi, digərləri isə xəbərdarlıqla sərbəst buraxılıb.
XS
SM
MD
LG