Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

QHT rəhbərləri seçkidə iştirak edəcəklər


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” 11 qeyri-hökumət təşkilatının rəhbəri parlament seçkisinə qatılmaq üçün yeni birlik yaradıb.



«İctimai liderlər» adlanan birliyə daxil olan “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov deyir ki, onlara başqa qeyri-hökumət təşkilatları rəhbərlərinin qoşulması da gözlənilir.



Onun sözlərinə görə, məqsəd siyasi intriqalardan uzaq peşəkar şəxslərin Milli Məclisdə daha çox təmsil olunmasına və millət vəkili mandatından yararlanıb korrupsiya, məmur özbaşınalığı, eləcə də başqa problemlərin həllinə nail olmaqdır.



Eldar İsmayılov deyir ki, birliyin başqa bir məqsədi də seçki zamanı iqtidar və müxalifət arasında dialoqun baş tutmasına, Seçki Məcəlləsinin təkmilləşdirilməsinə çalışmaqdır.



«İctimai liderlər» birliyinin üzvləri bildirirlər ki, onlar inqilabi çağırışların əleyhinədirlər və cəmiyyətdəki bütün dəyişikliklərin dinc yolla baş verməsinə tərəfdardırlar.



Amma yeni birliyə münasibət birmənalı deyil.



«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, QHT rəhbərlərinin seçkiyə qatılması daha çox hakimiyyətin maraqlarına uyğundur. Jurnalist düşünür ki, məqsəd hakimiyyətdən narazı olan elektoratı parçalamaqdır.



Birliyə daxil olan Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov isə deyir ki, onların seçkidə iştirakına münasibətin birmənalı olmaması təbiidir.



Onun sözlərinə görə, bu, yeni birliyin bitərəf mövqedən çıxış etməsinə qısqanc münasibətin nəticəsidir.



Aydın Kərimov bildirir ki, Azərbaycan cəmiyyətində seçki saxtakarlığına qarşı çıxanlar müxalifətçi, hakimiyyətin dinc yolla dəyişdirilməsini istəyənlər, radikal üsullardan imtina edənlər isə iqtidaryönlü adlandırılır. «Orta mövqe tutanlar həm sağdan, həm də soldan vurulur».

Günün bütün mövzuları

XS
SM
MD
LG