Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

«Buş bu il də erməniləri məyus edəcək»


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Azərbaycan prezidenti Moldovada rəsmi səfərdədir. Səfər çərçivəsində 5 sənəd imzalanıb. Bu günsə Azərbaycan prezidenti GUÖAM ölkə başçılarının toplantısına qatılacaq. Bu barədə ətraflı «Yeni Azərbaycan» yazır.



«Azadlıq» qəzeti Rusiya Sərmayə Problemləri İnstitutunun direktoru Yevgeni Saburova istinadən yazır ki, Azərbaycan inqilaba namizəd kimi ən çox diqqət çəkən ölkədir.



«Üç nöqtə» qəzeti «Minsk Qrupunun səyləri faydasız olub» başlıqlı məqalədə yazır ki, Qarabağ probleminin tənzimlənməsində Ermənistan və Azərbaycanın razılığa gəlməsi ən vacib şərtdir.



«Buş bu il də erməniləri məyus edəcək». «525-ci qəzet» yazır ki, Amerika politoloqlarının fikrincə, erməni lobbisinin və bəzi senatorların təzyiqlərinə baxmayaraq, Ağ Ev “qondarma erməni soyqırımını” bu il də tanımayacaq.



«Əliyev rejimi Bakı-Ceyhanı spekulyasiya obyektinə çevirir» məqaləsində «Bakı Xəbər» yazır ki, kəmərin noyabrda təhvil veriləcəyi də mübahisəlidir.



«Millət vəkili Asya Manafovanın qardaşı həbs edildi». «Xalq Cəbhəsi» qəzeti yazır ki «Qraf» ləqəbli Rafiq Manafov külli miqdarda vergidən yayınaraq Bakıda gizlənirmiş.



«Azərbaycan» qəzeti «Əhalinin artan pul gəlirləri inflyasiyanın qurbanı olmamalıdır» başlıqlı məqalədə yazır ki, 13 faizlik inflyasiya fonunda əhalinin qazancı 24 faiz artsa da, bu, dövləti qane etməməlidir.



«Məmurları qiymətli maşınlar gəzdirməsin». «Exo» qəzeti eyni adlı məqaləsində yazır ki, bu haqda məsələ Milli Məclisdə müzakirə olunacaq.



AXCP-dən istefa verən millət vəkili Asim Mollazadə «Yeni Müsavat» qəzetinə müsahibəsində Demokratik İslahatlar adlı yeni partiya yaratdığını deyib.



«Azərbaycan Pentaqonun əməliyyat xəritəsində». «Ayna» qəzeti yazır ki, ABŞ-ın Cənubi Qafqaz və Xəzərlə bağlı ssenarilərindən hansının baş tutacağı 2015-ci ildə bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG