Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

“Qafqaz dördlüyü”nün qapalı görüşü keçiriləcək


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Mayın 24-də Moskvada “Qafqaz dördlüyü”nün – Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan parlament nümayəndələrinin qapalı görüşü keçiriləcək.



Bu barədə aprelin 21-də Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Milli Məclisdəki görüşü zamanı bildirdi.



Sergey Mironovun fikrincə, belə bir toplantıya ehtiyac var. Çünki, müzakirə ediləsi çoxlu məsələlər ortaya çıxıb.



Federasiya Şurasının sədri deyir ki, “Qafqaz dördlüyü” ölkələri parlamentarilərinin yığıncağının ən mühüm məqamı tərəflərin həddən artıq açıq danışmalarıdır.



“Hamı bilir ki, qapalı yığıncaqdan sonra heç bir açıqlama verilməyəcək. Ona görə də tərəflər fikirlərini sərbəst söyləyə bilirlər”.



Rusiya rəsmisi indiyədək 5 belə görüşün keçirildiyini bildirir.



Sergey Mironov çıxışı zamanı Dağlıq Qarabağ probleminə də toxundu. O dedi ki, Rusiya Dağlıq Qarabağ probleminin bütün tərəfləri, ilk növbədə isə Azərbaycan və Ermənistanı qane edən həlli variantının tapılmasını istəyir.



«Mən açıq deyirəm, həm Minsk Qrupundan olan, həm də digər cəhdlər bir daha göstərdi ki, bütün hallarda tərəflərin birbaşa əlaqəsi kompromisin əldə edilməsində ən optimal və qısa yoldur. Rusiya isə belə bir razılığın təminatçısı ola bilər. Əlbəttə ki, tərəflərin razılığı olarsa. Biz hesab edirik ki, bütün kənar müdaxilələr və bəyanatlar əvvəla problemin həllinə xeyir gətirmir, digər tərəfdən də, yersizdir».



Aprelin 22-də rusiyalı qonaqların Azərbaycan hökumətinin üzvləri ilə birgə bu ölkənin Bakıdakı səfirliyində İkinci Dünya müharibəsinin veteranları ilə görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG