Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:54

“Ermənistan müxalifəti inqilab axtarışında”


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” --“Deyli Teleqraf”



ABŞ-ın dövlət katibi Kondoliza Rays Moskvada olarkən prezident Putini tənqid edib. O deyib ki, Putin hakimiyyət səlahiyyətlərinin çoxunu öz əlində cəmləşdirib.



Kondoliza Rays həmçinin, deyib ki, Putinin konstitusiyaya müvafiq olaraq 2008-ci ildə prezident kürsüsünü tərk etməsi vacibdir.



“Exo Moskvı” radiostansiyasına müsahibəsində dövlət katibi Vaşinqtonun guya keçmiş Sovet respublikalarına demokratiya “ixrac etdiyi” haqda ittihamları da təkzib edib.



Bununla belə, o, Belarus lideri Aleksandr Lukaşenkoya açıq xəbərdarlıq edib. Kondoliza Raysın sözlərinə görə, Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verən dinc inqilablara oxşar proseslər “Avropada sonuncu diktatura” olan Belarusda da mümkündür.



--“Eurasiaorg.net”



Ermənistanda müxalifət “xalq inqilabı”nın yaxınlaşdığı haqda proqnozlar səsləndirir.



Ancaq bu proqnozlar söz-söhbətdən o yana keçmir. Müxalifətin planlarına mane olan iki əsas məqam var.



Birincisi, vaxt məsələsidir. 2003-cü ilin noyabrında Gürcüstan, dekabrda Ukrayna və martda Qırğızıstanda kütləvi etirazlar seçkilərdən sonra baş qaldırıb. Ermənistanda isə növbəti parlament və prezident seçkiləri 2007-ci ildən tez olmayacaq.



İkinci maneə isə müxalifətin zəif təşkilatlanmasıdır. Müşahidəçilərin fikrincə, Ermənistan müxalifətində Mixail Saakaşvili və Viktor Yuşenkoyla müqayisə oluna biləcək xarizmatik lider yoxdur. İki aparıcı müxalifət lideri – Demirçyanla Qeqamyan arasındakı münasibətlər tərəfdaşlıqdan daha çox rəqabəti xatırladır.



--“Qardian”



Ən qapalı keçmiş Sovet respublikası – Türkmənistanda da dəyişikliklər mümkündür.



Ömürlük prezident seçilmiş prezident Saparmurat Niyazov vətəndaşlarına yeni eranın başlanılacağını vəd edib. 2009-cu ildə bu ölkədə prezident seçkiləri keçiriləcək. Və ATƏT-in hazırkı sədri Dimitri Rupel deyir ki, Niyazov ona həmin səçkilərdə iştirak etməyəcəyini söyləyib.



Ola bilsin, Niyazov xalq inqilablarının Sovet erası liderlərini kənara atdığı Gürcüstan, Ukrayna və Qırğızıstandakı prosesləri diqqətlə izləyir. Hərçənd, Türkmənistanda xalq narazılığının açıq əlamətləri sezilmir.



Niyazov müxalifətə dözmür. O, hətta onu qıcıqlandıran saqqal, qızıl diş və baleti qadağan edib. Bayramları Türkmənistanın əsas məhsulları-atlar və yemişin şərəfinə adlandırıb.



--“Uolt Strit Cournal”



Çin hiddətlənmiş qırğız xalqının martda prezident Akayevi necə devirməsindən əbəs yerə narahatlıq keçirmirdi.



Qırğızıstanda “lalə inqilabı” Şərqi Türküstanda məskunlaşan 10 milyondan çox uyğuru ümidləndirib. Hazırda bu yer Sintszyan-Uyğur Muxtar Rayonu adlanır.



Uyğurlar türk xalqıdır, məzhəblərinə görə isə sünni müsəlmanlardır.



2001-ci ilin 11 sentyabrından sonra Pekin terrorçuluqla mübarizə adı ilə Şərqi Türküstanda repressiyalar aparıb. Tez-tez uyğurlara “separatçı”, “terrorçu” və “dini ekstremist” damğası vurulur.



Maraqlıdır ki, Qırğızıstan da uyğurlara qarşı Çinlə əlbir idi. Nə qədər ki, Akayev hakimiyyətdə idi, Çinin repressiyalarından Qırğızıstana qaçan uyğurların bəzisi “itkin düşür”, bir qismi isə zorla geri Çinə deportasiya edilirdi.



Ancaq indi vəziyyət tədricən dəyişir.
XS
SM
MD
LG