Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:49

Seçkiləri hədəfləyən «Məqam» gənclər hərəkatı yarandı


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” Aprelin 21-də Bakıda «Məqam» Vətəndaş Hərəkatı həm yarandığını rəsmən elan etdi, həm də Cin Şarpın müəllifi olduğu «Diktaturadan demokratiyaya» adlı kitabın Azərbaycan dilində təqdimatını keçirdi.



«Məqam»ın koordinatorlarından olan Emin Hüseynov bildirdi ki, kitab Ukrayna, Gürcüstan və Serbiya cəmiyyətlərinin demokratikləşməsində kompas rolunu oynayıb. Kitabın Azərbaycanda yayılmasında məqsəd parlament seçkiləri öncəsi vətəndaş fəallığının artırılmasıdır.



Emin Hüseynovun sözlərinə görə, «Məqam» əvvəlcə gənclər arasında maarifləndirmə işi aparacaq, kütləvi xalq gəzintiləri, xeyriyyə tədbirləri, diskotekalar, dəyirmi dostluq masaları keçirəcək. Parlament seçkiləri ərəfəsində isə ayrı-ayrı namizədləri yox, demokratik seçkiləri dəstəkləyəcəklər. Seçkilərin ədalətli keçirilməsinə nail olmaq hərəkatın əsas məqsədidir.



Parlament seçkiləri ərəfəsində «Məqam»dan əvvəl «Yox» adlı gənclər təşkilatı da yaranıb. Bu təşkilat da əsas məqsədinin ədalətli seçkilər olduğunu bəyan edib.
XS
SM
MD
LG