Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

«Məhkəmələrin rəhbərləri işdən niyə çıxdı?»


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” «Azərbaycan və Ermənistanı güzəştli razılaşmaya çağırmayın» başlıqlı məqalədə «525-ci qəzet» yazır ki, ATƏT-in Minsk Qrupunun həmsədri Yuri Merzlyakov «nazirlərlə ayrılıqda görüşmək daha sərfəlidir» deyib.



«Yeni Azərbaycan» 2005-ci ilin birinci rübünə dair prezident İlham Əliyevin iştirakı ilə müşavirə keçirildiyini yazır və bildirir ki, həmin müşavirədə ölkədəki iqtisadi inkişaf yüksək dəyərləndirilib.



«Üç nöqtə» qəzeti «Seçkilərdə bütün siyasi qüvvələrə bərabər imkanlar yaradılmalıdır» başlıqlı məqaləsində yazır ki, Andres Herkel “siyasi mübarizə ölüm-qalım davası deyil” deyib.



Bakı Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev uzunmüddətli məzuniyyətə göndərilib. Generalın nəqliyyat polisində yüksək post tutan qardaşı Allahverdi Əliyev isə artıq işdən çıxarılıb. Bu hadisənin səbəblərindən ətraflı «Bakı Xəbər» yazır.



«GUAM Avrasiyanın güc mərkəzinə çevrilir». «Xalq Cəbhəsi» bildirir ki, qurumun hərbi strukturlar yaratmaq perspektivləri artıb.



«Azərbaycan» qəzeti 2005-ci ilin birinci rübündəki iqtisadi göstəricilərlə bağlı prezident yanındakı müşavirədən geniş məlumat dərc edib.



«Apellyasiya və Ali məhkəmələrin rəhbərləri işdən niyə çıxdı?» Bu suala «Exo» qəzetinə müsahibəsində hüquq müdafiəçisi Fuad Ağayev «bu azad işdən çıxarılmaların başqa səbəbləri də var, bu, siyasi məsələyə çevrilə bilər» cavabını verib.



«İran İlham Əliyevi niyə tərifləyir?» məqaləsində «Azadlıq» qəzeti yazır ki, bu, Azərbaycan prezidentinin ABŞ-la yaxşı döyüşdüyünə görədir.



«Ayna» qəzeti ombudsman Elmira Süleymanova ilə müsahibə dərc edib. Qəzet yazır ki, ombudsman hamını dialoqa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG