Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:33

20 yaşlı Pərvin müxtəlif əşyalardan kompozisiyalar düzəldir...


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” - Bu işlə məşğul olmaq mənə çox xoşdu. Çünki bu, yorğunluğa, depresiyaya düşmüş insanı sanki bütün dərddən, kədərdən uzaqlaşdıran bir vasitədir.

20 yaşlı Pərvin müxtəlif əşyalardan kompozisiyalar düzəldir. Məqsədi isə hamının adi baxdığı əşyanı qeyri-adi formaya salıb insanlara göstərməkdir.

- Qurumuş güllərdən nəsə düzəltmək, parçanın üzərinə muncuq düzmək və ya naxış salmaq – bütün bunlara məndə həvəs uşaqlıqdan yaranıb və indi də davam edir. Səhvlərim də, düz eləmədiklərim də olub, lakin onları da bugünəcən saxlayıram. Portağal qabığından, yumurta qabığından, atılan güllərdən nəsə düzəltmək, ortaya çıxartmaq mənim özümə də xoş gəlir. Başqaları da görür və qiymətləndirir.

Pərvin düzəltdiyi kompozisiyaları hədiyyə etməyi də xoşlayır.

- Əgər əvvəllər ancaq özüm üçün düzəldirdimsə, indi ailə üzvlərim, dost-tanışlarım, yaxınlarım üçün də düzəldirəm. Onların üzlərindəki təbəssüm məni həddən artıq sevindirir. Mən görəndə ki, onlar onu necə əzizləyib saxlayırlar və hamıya fəxrlə göstərirlər ki, bunu Pərvin düzəldib, bu mənim üçün böyük uğurdur.

Pərvinin ən çox xoşladığı kompozisiya isə qardaşının bağışladığı yumurtadan hazırladığı dekorativ əşyadır.

- Bir dəfə qonşumuzun toyuğunun ilk yumurtasını qardaşıma vermişdi. Qardaşım isə onu mənə verdi ki, qayğanaq bişirib yeyim. Mən isə fikirləşdim ki, bunu mənə bu cür ürəklə veribsə, bu mütləq nəyəsə çevrilməlidir. Və mən bunun içini boşaltdım və üzərinə boya çəkməndən başqa qaşlar düzdüm, zər vurdum, üzərinəlent bağladım.

Pərvinin indi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumağına və gələcəkdə bu ixtisas üzrə çalışmağı planlaşdırmağına baxmayaraq, hazırladığı əl işləri ilə bağlı da arzuları var.

- Bu işimə davam etdirmək istərdim. Avropada, Amerikada bu işə necə rəğbətlə yanaşıldığını görürəm. Onlarda çox müxtəlif materiallar satırlar ki, kimin əl qabiliyyəti varsa, kim özünü sınamaq istəyirsə, alsın. Və istərdim ki, elə bir yerə düşüm ki, material bolluğu olsun. Fikirləşirəm ki, mən onda nələr yarada bilərdim.
XS
SM
MD
LG