Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:35

Hüquqşünaslar hesab edirlər ki, məhkəmələrdəki problemlər hansısa təyinatarla yox, köklü həll olunmalıdır


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” Ali Məhkəməyə və Apellyasiya Məhkəməsinə hər gün onlarla adam şikayətə gəlir. Onlar deyirlər ki, yerli məhkəmələr qanuni qərar çıxarsaydılar bu instnasiyalara üz tutmazdılar.

Bu şikayətçilər həm Azərbaycanın ayrı-ayrı bölgələrindəki məhkəmələrdən, həm də Bakının rayon məhkəmələrinin işindən narazıdırlar.

Hüquqşünas-ekspert Ceyhun Cəfərov məhkəmələrin hazırda o qədər də qənaətbəxş işləmədiyini deyir. O qanunların çox yaxşı oldğunu deyir, icrasına gəldikdə isə hesab edir ki, çatışmazlıqlar var.

Azərbaycan Hüquqçular Assosiasiyası isə 3 ildir məhkəmələrin işiylə bağlı monitorinq aparır. Assosiasiyanın rəhbəri Ənnağı Hacıbəyli deyir ki, monitorinq nəticəsində vətəndaşların çox halda məhkəmə qərarlarından narazı qaldıqları aşkar olunub.

Bu narazılıqlar həm hərbi, həm mülki, həm də ağır cinayətlərlə bağlı çıxarılan məhkəmə qərarlarındandır.

Bu il Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 5 qərarına baxıb. Konstitusiya Məhkəməsinin baxdığı qərarların hamısı əsas qanuna və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmadığından onları qüvvədən düşmüş sayıb. Həmin işlərə yenidən baxılması haqqında qərar çıxarıb. 2004-cü ildə isə 20-dən artıq belə qərar olub.

Dünən isə prezident İlham Əliyevin sərəncamı ilə Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin sədrləri işdən azad olunub. Respublika Prokurorunun birinci müavini Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin olunub. Bu təyinat hüquq dairələrində birmənalı qarşılanmır.

Hüqüqşünas İsaxan Aşurov deyir ki, Ramiz Rzayev ittihamçı olub, Ali Məhkəmədə sədrlik vəzifəsini çətin icra edəcək.

«Kazus» Hüquq Firmasının rəhbəri Yalçın İmanov isə o fikirdədir ki, Ramiz Rzayev peşəkardır. Onun fikrincə hansısa məhkəmənin sədrini dəyişmək bu sahədəki problemi köklü həll edə bilməz.

Ümumi fikrə gəlikdə isə ekspertlər hesab edirlər ki, Ali Məhkəmnin yeni sədrinin fəaliyyəti bir müddət sonra daha obyektiv qiymətləndirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG