Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

Demokratik dəyişikliklər niyə əsasən «GUÖAM» ölkələrində baş verir?


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, demokratik dəyişikliklərin keçmiş Sovetlər məkanında əsasən «GUÖAM» ölkələrində baş verməsi qətiyyən təsədüfü deyil. Ərəstun Oruclunun sözlərinə görə, «GUÖAM»ı yalnız nəqliyyat dəhlizi kimi təsəvvür etmək düzgün olmazdı. Sadəcə, ilkin dövrlərdə bu qurum məhz elə təqdim edilirdi. Əslində isə onun yaradılmasında daha çox siyasi məqsədlər güdülürdü. Ərəstun Oruclu deyir ki, bu məsələdə iqtisadi maraqlarla siyasi maraqlar qətiyyən ziddiyyət təşkil etmir. Məqsəd həm Rusiyanın cənub və qərb istiqamətində maraqlarını neytrallaşdırmaq, həm də Avropa Birliyinin şərqə doğru inkişafında dəhliz rolunu oynamaq idi. Ərəstun Oruclu hesab edir ki, belə olan halda «GUÖAM» ölkələrində demokratik dəyişikliklər qaçılmaz idi:

-Azərbaycanda da demokratik dəyişikliklər baş verə bilər. Ola bilsin ki, bu Gürcüstan və Ukrayna hadisələrindən fərqlənsin…

Ərəstun Oruclu deyir ki, Azərbaycanda proseslər xeyli mürəkkəbdir. Bir tərəfdən mərkəzdənqaçma prosesi güclənməkdədir. Başqa tərəfdən, müxalifət hələ ki, lazımı səviyyədə güclənə bilməyib. Bu isə hakimiyyətin içində müəyyən qüvvələrin fəallaşmasına gətirib çıxara bilər. Üstəlik son günlər hakimiyyətin atdığı bir sıra addımlar, xüsusilə də güc onqanlarında yeni təyinatlar, onun heç də geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir.

Ərəstun Oruclunun sözlərinə görə, Azərbaycanda proseslər təhlükəli istiqamətdə də inkişaf edə bilər. Ola bilər ki, indiki komanda hakimiyyəti saxlaya bilməsin və demokratik islahatlarda maraqlı olan müxalifət yeni fomalaşan hakimiyyətdən qırağda qalsın. Onun sözlərinə görə, hər halda hakimiyyətdaxili ziddiyyətlər və müxalifətin zəifliyi bu ehtimalları meydana çıxarır. Ancaq bir ay, iki ay sonra bu şərait dəyişə də bilər.

Millət vəkili Aydın Mirzəzadə isə Azərbaycanda digər «GUÖAM» ölkələrində baş verən dəyişikliklərin təkrarlanmasını birmanalı istisina edir. Onun sözlərinə görə, Gürcüstan və Ukraynada inqilablar ona görə baş verdi ki, orada problemlər dərinləşmişdi. Əslində o da korrupsiyayla, işsizliklə, insan haqları ilə bağlı Azərbaycanda problemlərin olduğunu inkar etmir. Ancaq Aydın Mirzəzadə hesab edir ki, hakimiyyət onsuzda inqilablar olmadan bütün bu problemləri yoluna qoymaq niyyətindədir.

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Zəfər Quliyev isə deyir ki, getdikcə «GUÖAM»-ın əhəmiyyəti artmaqdadır. Onun sözlərinə görə, bunda həm Qərb, həm də bu qurumda inqilabı dəyişikliklərin baş verdiyi ölkələrin özləri maraqlıdır. Odur ki, nə Azərbaycan nə də Özbəkistan «GUÖAM»da ada rolunu oynaya bilməz. Zəfər Quliyevin sözlərinə görə, əslində Azərbaycan əhalisi də tədricən bu dəyişikliklərə köklənməkdədir…

Günün bütün mövzuları

XS
SM
MD
LG