Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Sahibkarlar prezidentə müraciət göndərdilər


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” “Azərbaycanın bölgələrində sahibkarların qarşısında duran əsas problemlərdən biri yerli icra qurumlarının özbaşınalığı və qeyri-qanuni əməllərdir”.



Bu fikir Sahibkarlar Konfederasiyasının aprelin 20-də keçirilən 1-ci qurultayında vurğulandı.



Yerli icra başçılarının özlərinin sahibkarlıqla məşğul olduğunu deyən konfederasiyanın başçısı Ələkbər Məmmədovun sözlərinə görə, bölgələrdə əsas inhisarçılar da elə icra başçılarıdır.



Qurultayda bölgələrdən çoxlu sayda sahibkarın olduğunu vurğulayan Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Azərbaycan iqtisadiyyatı üçün indiki dövrü çox vacib sayır.



O hesab edir ki, indi heç bir tədbir görülməsə, gələcəkdə sahibkarların hökumətə inamı olmayacaq.



Sahibkarlar ölkə prezidentinə müraciət edib problemlərinin həll olunmasını istəyiblər.



1-ci qurultayını keçirən Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 1999-cu ildə yaradılıb və öz ətrafında 1200 sahibkarlıq subyektini birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG