Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31
Rubrikalar

Sahibkarlar üzləşdikləri problemlərlə bağlı prezidentə müraciət edəcəklər


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Yeni yaradılan Azərbaycan-Moldova hökumətlərarası iqtisadi komissiyanın ikinci iclası bu gün də davam edib. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin verdiyi məlumata görə, iclasın gündəliyinə iki ölkənin iqtisadi əlaqələrinin inkişafı məsələləri,özəl sektorda birgə müəssisələrin yaradılması, eləcə də kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi perspektivləri daxildir.



Dünya bazarında Azərbaycan neftiin qiyməti aşağı düşüb. «Trend» agentliyinin məlumatına əsasən, aprelin 18-də bir barell AERI LT CIF neftinin qiyməti $50, 04 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,52 azdır.





“AzərTac” informasiya agentliyinin məlumatına görə, aprelin 21-22-də Bakıda Böyük İpək Yolu hökumətlərarası komissiyanın 4-cü iclası keçiriləcək. Konfransda Avropa Komissiyasının, maliyyə qurumlarının, bir sıra beynəlxalq təşkilatların, həmçinin 12 dövlətin nazirləri səviyyəsində nümayəndə heyətləri iştirak edəcək.



Aprelin 20-də Azərbaycan Sahibkarlar Konfederasiyasının birinci qurultayı öz işinə başlayır. Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun sözlərinə görə, qurultayda əsasən bölgə sahibkarlarının problemleri müzakirə ediləcək və sonda prezidentə müraciət ünvanlanacaq.



Bu ilin sonunadək rəsmi Bakı ilə Astana arasında Qazaxıstan neftinin Azərbaycandan keçməklə dünya bazarlarına çıxarılmasına dair iki saziş imzalanacaq. Bunu Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev “Azadlıq” radiosuna verdiyi müsahibəsində deyib



Aprelin 19-da Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4827, 1 rubl 173, 1 avro isə 6221 manat olub.
XS
SM
MD
LG