Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

Avropa Şurası Seçki Məcəlləsinə dəyişikliklərin ləngiməsindən narahatdır


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Avropa Şurası Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı məsələnin uzadılmasından narahatdır.



Bu fikir Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin aprelin 19–da Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşündə səsləndi.



Andreas Qross Azərbaycana gəlişinin məqsədinin parlament seçkiləri olduğunu bildirir.



«Bu gəlişimizin və il ərzindəki səfərlərimizin əsas məqsədi Azərbaycanda noyabrın əvvəlində keçiriləcək parlament seçkilərinin mümkün qədər yüksək səviyyədə keçirilməsidir. Mən elə başa düşürəm ki, bu, bizim ümumi maraqlarımızdır. Ona görə ki, seçkilər nə qədər demokratik keçsə, sonra parlament də bir o qədər müstəqil fəaliyyət göstərə biləcək».



Andreas Qross əlavə etdi ki, əsas məsələ Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi, seçki komissiyalarının tərkibinin dəyişdirilməsidir.



AXCP-dən olan millət vəkili Qulamhüseyn Əlibəyli isə Seçki Məcəlləsində olan boşluqların kütləvi saxtalaşdırmaya şərait yaratdığını dedi. O, bunun əsas səbəbini komissiyaların bir partiyanın əlində olması ilə izah etdi.



Millət vəkili sərbəst toplaşma məsələsində hakimiyyətin müxalifətdən aksiyaların təhlükəsizliyinə təminat istədiyini bildirib bunun məntiqsizlik olduğunu söylədi.



Andres Herkel isə Seçki Məcəlləsi ilə yanaşı əfv fərmanı ilə azad olunan məhbusların siyasi fəaliyyətində olan maneədən danışdı.



«Mən məsələlərə bir-bir toxunmaq istərdim. Birincisi, siyasi məhbuslardır. Biz doğrudan da bu məsələdə Azərbaycan prezidentinin son fərmanını yüksək qiymətləndiririk. Doğrudan da onların böyük hissəsi azadlığa buraxılıb. Ancaq onların siyasətdə iştirakına maneə hələ ki, qalır».



Cənab Herkel vətəndaşların sərbəst toplaşma hüquqlarının təmin edilməsi məsələsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində də danışıqlar aparıldığını dedi.



AŞ həmməruzəçisinin fikrincə, tezliklə vətəndaşların sərbəst toplaşma – mitinq və yürüşlər keçirmək hüquqları təmin olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG