Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

İctimai TV-yə qarşı etimadsızlıq kampaniyası aparılacaq


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Azərbaycanda ictimai televiziya yaradılması ideyası baş tutmayıb.



İctimai Televiziya Hərəkatını yaradanlar belə düşünür.



Azərbaycan Jurnalistlər Konfederasiyasının sədri Azər Həsrət aprelin 20—də rəsmən elan ediləcək bu hərəkatın əsl ictimai televiziya yaradılana qədər mübarizə aparacağını deyir.



Bu məqsədlə aprelin 20—də İctimai Televiziyanın Yayım Şurası və İctimai TV—nin baş direktoru İsmayıl Ömərova qarşı etimadsızlıq kampaniyası başladılacaq. Azər Həsrətin sözlərinə görə, ehtiyac olarsa, onlar kütləvi aksiyalara da başlayacaqlar.



İctimai TV—nin baş direktorluğuna namizədlərdən olmuş Ramiz Əsgər də bu hərəkata qoşulub.



Bu arada Avropa Şurası Parlament Assambleyasının Monitorinq Qrupunun Bakıda olan həmməruzəçilərindən Andres Herkel aprelin 19—da Milli Məclisdə görüşləri zamanı İctimai TV—nin yaradılması prosesinin yubanmasından narahatlıq ifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG