Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Qazaxıstan neftinin BTC ilə daşınmasına dair saziş imzalanacaq


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Qazaxıstan neftinin Azərbaycan ərazisiylə daşınaraq dünya bazarına çıxarılmasıyla bağlı Bakı ilə Astana arasında iki saziş imzalanacaq.



Aprelin 17-dən Bakıda bu sazişlərin detallarının müzakirəsi üçün tərəflər arasında danışıqlar başlanıb.



Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev deyir ki, sazişlərin imzalanması ilin sonunadək baş tutacaq.



Natiq Əliyevin sözlərinə görə, Qazaxıstanla danışıqlar “Kaşağan” yatağında hasil olunacaq neftin Azərbaycan ərazisiylə daşınmasını əhatə edir. Bu yataqda ilk neft isə 2008-ci ilin birinci yarısında hasil olunacaq. 2010-cu ildə Qazaxıstanın BTC vasitəsilə gündə 500 min barel, ildə isə 25 milyon ton neft ixrac etmək imkanı olacaq.



Danışıqlarda Qazaxıstanı təmsil edən nümayəndələrin müzakirələrin gedişinə münasibətini öyrənmək cəhdimiz baş tutmadı.



BTC-nin layihə direktoru Maykl Tauzend isə müzakirələrin davam etdiyini bildirib.



«Mənim şəxsi fikrim budur ki, danışıqlar irəliləyir. Ancaq hardasa 9 ay—bir il çəkəcək ki, biz hökumətlərarası və tranzit ölkələrlə sazişin şərtlərini razılaşdırıb imzalayaq. Bu, bizim gözlədiyimiz qrafik üzrə irəliləyən danışıqlardır. Vaxtında bu sazişi əldə edəcəyik. Qazax nefti hardasa Bakı-Tbilisi-Ceyhana 2010-cu ildə gətirilib doldurula bilər».



Qazaxıstanda hasil olunacaq neftin Azərbaycan ərazisi, sonradan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə daşınmasına dair danışıqlar Qazaxıstan tərəfinin müraciəti əsasında 2002-ci ildən başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG