Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:02

ABŞ və “tarixin coğrafi mərkəzi”


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” --“Krisçen Sayns Monitor”



Birləşmiş Ştatlar Əfqanıstan, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda iri hərbi bazalar yaratmaq niyyətindən daşınmalıdır. Bu cür bazaların mövcudluğu amerikalılara hücumlar üçün hədəflərin sayını artırmış olacaq.



Yüz il əvvəl Britaniya alimi və müasir geopolitika məktəbinin banisi Halford Makinder Orta Asiya və Qafqazı “tarixin coğrafi mərkəzi” adlandırmışdı. O deyirdi ki, “bu regiona nəzərat edən bütün dünyaya nəzarət edir”. Vaşinqtonda tez-tez ona istinad edirlər.



Amerikanın artıq Qırğızıstan və Özbəkistanda kiçik bazaları var. Keçən həftə isə ABŞ Azərbaycanla onun ərazisində müvəqqəti mobil qüvvələrin yerləşdirilməsini razılaşdırıb. Məqsədsə bu ölkələrin terrorçular üçün sığınacağa çevrilməsi təhlükəsinin qarşısını almaqdır.



Amma bölgədəki neft ehtiyatlarını ekstremist qruplardan qorumaq üçün çoxlu sayda hərbçiyə ehtiyac yoxdur. ABŞ bölgədə mövcud olmalıdır, amma çox gözə çarpmamalıdır.



--“Süddoyçe Tsaytunq”



Keçmiş Sovet respublikalarının bəzisində çevrilişlərdən narahat olan Belarus hökuməti ölkədəki müstəqil qüvvələrə təzyiqi artırır. Minsk məhkəməsi elmi—tədqiqat institutunun fəaliyyətini qadağan edib.



Bu institutun apardığı ictimai sorğular rəsmi təbliğata cavab vermirdi. İnstitutdan isə bu qərarın “siyasi xarakter dağıdığını” bildirirlər.



Belarusun prezidenti Aleksandr Lukaşenko dəfələrlə öz ölkəsində heç bir inqilaba dözməyəcəyini bildirib. Aprelin əvvəllərində o deyib ki, Qırğızıstandakı kimi “banditizm” Belarusda olmayacaq.



--“Liberasyon”



“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı”.



Bu ifadələrlə Stalin Rusiyada televiziya və qəzetlərdə birdən—birə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.



“Həqiqəti qorumaq və Stalinin böyük adına bəraət qazandırmaq lazımdır”. Bu fikirləri bu günlərdə Rusiya Kommunist partiyasının rəhbəri Qennadi Züqanov səsləndirib.



“Memorial” təşkilatından Serqey Siqaçyovsa deyir ki, “əlbəttə, Stalinin adını təmizə çıxarılmasını istəyən əsasən kommunistlərdir. Ancaq maraqlısı prezident Putinin bu məsələnin üstündən sükutla keçməsidır. Görünür, xalqın “güclü rəhbər” həsrəti nədəsə Kremlin xoşuna gəlir”.



Moskva Elmlər Akademiyasından tarixçi Vladimir Şestakovun sözlərinə görə, “Stalinin obrazı siyasi konyunkturadan asılı olaraq dəyişir. Ölkədə hər şey yaxşıdırsa, böyük liderləri xatırlamağa ehtiyac yoxdur. Özünü küncə sıxılmış hiss edəndə isə, Rusiya imperiya keçmişi və Stalinin həsrətini çəkir”.
XS
SM
MD
LG