Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

“İnqilablara səbəb sürətli iqtisadi artımdır?!”


Səs: Real audio
“Bin Laden şəhərdədir” --“Eurasianet.org”



Rəsmilər Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə etsələr belə, hər iki tərəfdə sıravi vətəndaşlar və hərbçiləri sülh sazişinin doğruluğuna inandırmaq çətin olacaq.



Bir çoxları üçün münaqişənin ən amansız çağı sanki, dünən başa çatıb, on il əvvəl yox.



--“Liberasyon”



“Növbəti, rus inqilabı nə vaxt gözlənilir?”



Kənardan Putin hakimiyyəti möhkam görünür. İqtisadi artım tempi yüksəkdir, Putinin populyarlığı da yüksək olaraq qalır. Levada Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, əhalinin 66 faizi onu müdafiə edir. Müxalifətsə dağınıqdır.



Ancaq hakimiyyətin kövrəkliyinin əlamətləri getdikcə artmaqdadır. Rusiya mətbuatının apardığı “məxfi” sorğu orduda narazılığın artdığını göstərir. Sosial islahatlara qarşı etiraz aksiyaları artıq dördüncü aydır ki, davam edir, kiçik və orta biznes isə məmur təqibindən təngə gəlib.



Hətta Rusiyanın ən iri özəl bankı olan “Alfa—Bank”ın prezidenti Pyotr Aven cəsarət edərək özünün inqilablar nəzəriyyəsini açıqlayıb.



O deyir ki, inqilablar sürətli iqtisadi artım dövründən sonra baş verir. 1917—ci ildə Rusiya və 1978—ci ildə İranda məhz belə olub. “Varlanan əhalinin həmişə hakimiyyəti dəstəkləyəcəyini düşünmək səhv olardı”.



Bu gün ən kəskin böhran Başqırdıstandadır. Müxalifət mayın 1—də Ufa küçələrinə 50 min insan çıxararaq Ukraynadakı kimi çadırlar quracağını və 1990—cı ildən respublikaya rəhbərlik edən Murtaza Rahimov istefa verməyincə, geri çəkilməyəcəyini bildirir.



Mitinqlərin qarşısını almaq üçün Federal Təhlükəsizlik Xidməti müxalifət liderlərini həbs edib.



--“Tayms”



Üsamə bin Ladenin qardaşı qızı pop—ulduz olmaq ümidi ilə Nyu—Yorka qayıdıb. O, bu şəhəri 11 sentyabr terror hücumundan bir neçə həftə əvvəl tərk etmişdi.



25 yaşlı Uafa bin Laden öz adını 1 nömrəli terrorçunun adı kimi yazmır. Ancaq onun mənşəyini gizlətmək qeyri—mümkündür.



O, deyir:



“Bu soyadı ucbatından Qərb mənə nifrət edir. Amerika dəyərlərini seçdiyim üçün ərəb dünyası da mənə nifrət edir... Amma mən amerikalıyam. Mən burada yaşamaq istəyirəm”.



Uafa əyləncə gecələrinin həvəskarı kimi tanınır. Hətta bir dəfə Fransanın gecə klubunda o, prezident Buşun qızı Cenna ilə rəqs edib.



--“Deyli Teleqraf”



BBC—nin hazırladığı yeni sənədli filmdə tarixin ən qəddar hökmdarlarından biri kimi tanınan monqol padşahı Çingizxanın müsbət tərəflərindən danışılır.



Filmə görə, düşünüldüyünün əksinə olaraq, Çingizxan ölkəsinə mədəniyyət, hüquq və ədəbiyyat gətirməyə çalışıb.



Bundan başqa, o, nisbətən liberal düşüncəli adam idi və insanların dini inanclarına hörmət edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG