Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55
Rubrikalar

Qazaxıstan prezidenti BTC-nin açılışına gələcək


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak məsələsi üzrə müqavilə bu ilin sentyabrınadək imzalanacaq. “Kazakhstan today” agentliyinin Kazmunayqaz şirkətinin başçısı Kairgeldı Kabıldinə istinadən verilən məlumatda Azərbaycanla Qazaxıstan arasında həll olunmamış məsələlərin qalmadığı bildirilir. Artıq müqavilə öyrənilmək üçün Azərbaycan tərəfinə göndərilib. Aprelin 19-da görüşəcək işçi qrupları kiçik texniki məsələləri müzakirə edəcək. Dövlət Kazmunayqaz şirkətinin başçısının sözlərinə görə, Xəzərdə ən böyük Kaşağan yatağının istifadəçiləri Rusiya ərazisi ilə ixracı düşünsələr də, əsas istiqamət kimi BTC-yə üstünlük verirlər. Aprelin 18-də yayılan digər məlumata görə, artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də BTC-nin açılışında iştirak edəcəyi dəqiqləşdirilib.



Norveç Qaçqınlar Şurası Azərbnaycandakı layihələrə 3 milyon dollara yaxın vəsait xərcləyəcək. Şuranın beynəlxalq əlaqələr departamentinin rəhbəri Yens Myoqedaldan aldığımız məlumata görə, bu il ərzində Azərbaycanda yeni 3 layihəyə başlanılacaq. Layihələr çərçivəsində qaçqın, köçkün və himayəsiz uşaqlara stomatoloji yardım göstəriləcək. Bunun üçün 6 klinika üçün müasir avadanlıq alınacaq və pulsuz xidmət göstəriləcək. Bundan əlavə insan hüquqları tədris olunacaq, Azərbaycandakı çeçen uşaqları üçün təhsil və qida veriləcək, və köçkünlər üçün Qaradağ rayonunda evlər tikiləcək. Sonuncu layihə 3 il ərzində həyata keçiriləcək və evlərin tikintisinə 1 milyon 500 min manat sərf olunacaq.



Aprelin 18-də Milli Bankdan aldığımız məlumata görə, isə 1 dollar 4830, 1 rubl 173, avro isə 62224 manatdır.
XS
SM
MD
LG