Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18

14-24-də sıra debatçılarındır. Diplomlu işsizlərin günahkarı özümüzük, yoxsa dövlət? Bu gün məhz bu sual ətrafında Nisə Abdullayeva və Ramil Mirzəyevin debatını dinləyəcəyik


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı Nisə Abdullayeva: Bu gün bizim respublikada diplomlu işsizlərin çox olmağında dövlətimizi günahlandırıram. Dövlətimiz baxmayaraq ki, gəncdir, amma öz kadr siyasətini həddindən artıq zəif təşkil edib. Bizim bu gün ali təhsil ocaqlarımız həddindən artıq çoxdur. 36 ali təhsil ocağımız var və onların da tərkibində bir çox ixtisaslar var, lakin Azərbaycanda bu ixtisaslara uyğun iş yerləri yoxdur. Məsələn, Bakı Dövlət Universitetində hazırda fəlsəfə, sosiologiya kimi ixtisaslar var. Lakin ölkədə bu ixtisaslara uyğun olan sırf ixtisaslaşmış peşə yoxdur. Bu cür diplomlara yiyələnmiş şəxslər məcburdur ki, yenidən ixtisaslaşma keçsinlər və başqa iş yerlərində özlərini sınasınlar.

Ramil Mirzəyev: Bu gün həqiqətən də Azərbaycanda gənclər arasında

diplomlu işsizlərin sayı çoxdur. Mən bunun səbəbini həmin diplomlu gənclərin özündə görürəm. Universitetin çox olması heç də o demək deyil ki, kimisə məcburi ora aparırlar. Birincisi insan özü seçim etməlidir və o bilməlidir ki, nəyi seçir, bu öz imkanlarına uyğundurmu və mütəxəssis olandan sonra onun diplomu nəyəsə yarıyacaqmı.

Nisə Abdullayeva: Əgər abituriyentə şərait yaradılsa idi ki, o konkret olaraq bir fakültəni seçsin, onda onun biliyi bu fakültəyə daxil olmaq üçün yetərli olmayanda daha o başqa fakültədə təhsil ala bilməzdi. Amma indi abituriyentin seçimini azaldıblar və o müstəqil hərəkət edə bilmir, gələn il bir daha imtahan verməkdən qorxur.

Ramil Mirzəyev: Əgər abituriyent psixoloq olmaq istəyirsə, onda o ardıcıllıqda fəlsəfə, sosiologiya kimi, yəni bir-birinəyaxın olan fənləri yaza bilər. Amma heç kim onu məcbur etmir ki, orada hüququ, kömrükü də yazsın.

Nisə Abdullayeva: İndi işə qəbul edəndə diplom üzrə ixtisaslaşmış kadrlar başqa bir ixtisasla əvəz olunur. Bunu bugünkü iş elanlarından da görə bilərik ki, bu gün yalnız ali təhsil tələb olunur, onun hansı ixtisas olması isə bir o qədər əhəmiyyət kəsb etmir.

Ramil Mirzəyev: Heç də elə deyil. Mən sizinlə razılaşmıram. Diplom insanın, mütəxəssisin ixtisasının rəmzidir. Əgər o mütəxəssis diploma uyğun işini, peşəsini bilmirsə, həmişə işsiz qalacaqdır.
XS
SM
MD
LG