Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:25
Rubrikalar

Bu İzdə:<br>-Azərbaycanda mədəni islahatlar mövzusuna diqqət yetirəcək<br>-Başa çatan «Bakı. Caz-2005» festivalından özəl reportajı dinləyəcək<br>-və hər dəfə kulturoloq professor Rəhman Bədəlovun açıqlamalarını eşidəcəksiz!


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı Bu günlərdə müğənni Tacir Şahmalıoğlunun yeni kasseti işıq üzü görüb. Amma müğənni deyir ki, kasseti onun icazəsi olmadan buraxıblar. «Mahnılarım toy məclislərinin birində lentə köçürülüb və kassetə yazılaraq satışa çıxarılıb». Tacir Şahmalıoğlunun sözlərinə görə, piratlar ona da, rəsmi müqavilə əsasında onun kassetlərini buraxan şirkəti də ziyana salıblar. Çünki piratçılıq yoluyla buraxılan kasset rəsmi icazə ilə buraxılan kassetin satışını aşağı salıb. Bundan başqa Tacir Şahmalıoğlunun sözlərinə görə, toyda oxunan mahnılar studiyada yazılan mahnılar kimi keyfiyyətli səslənmir, oranjeman edilmir, bəzən müğənni mahnının sözlərini toy məclisinə uyğunlaşdırır və bu cür ifanın yazıldığı kasset satışa çıxarılanda müğənni barədə mənfi təsəvvür yaradır, mahnının sözlərinin müəllifləri də narazı qalır.

Azərbaycanın musiqi bazarındakı kasset və disklərin 60 faizi plagiatdır, yəni ya mahnıdır, müəllifin icazəsi olmadan oxunub, ya da ifadır, müğənninin icazəsi olmadan lentə alınıb. Bu, Respublika Müəllif Hüquqları Agentliyinin ölkə bazarlarında apardığı müşahidənin nəticəsidir. Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov deyir ki, belə vəziyyətin yaranmasının səbəbi çox vaxt plagiatlıqla məşğul olanların cəzasız qalmasıdır. «Bəzən onlar məhkəmənin ədalətsizliyinə güvənirlər, bəzər isə arxalarında hansısa məmur dayanır». Aydın Kərimovun sözlərinə görə, piratçılıq təkcə müəlliflərə yox, həm də dövlətə böyük ziyan vurur. Çünki plagiat kasset və disklərin satışından əldə edilən gəlirdən büdəcəyə vergi ödənilmir.

Amma müəəlif hüquqları təkcə musiqi sahəsində pozulmur. Kitab nəşri sahəsində də belə problemlər var. Bakı Dövlət Universitetinin alman və fransız dilləri kafedrasının dossenti Əhməd Hüseynov deyir ki, 15 il üzərində işlədiyi Almanca-azərbaycanca hüquq terminləri lüğətini onunla rəsmi müqavilə bağlamadan çap ediblər. Onun sözlərinə görə, özünün pulu olmadığı üçün uzun müddət kitabı çap edə bilməyib. Bakıda tanış olduğu bir alman vətəndaşı kitabın çapına kömək edəcəyini vəd edib, əlyazmanı lüğətlə tanış olmaq adıyla ondan götürüb və ona xəbər eləmədən Almaniyada nəşr etdirib. Amma bir nüsxə kitabdan başqa lüğət müəllifinə heç nə çatmayıb. Kitabda müəllif kimi onun adı qeyd edilsə də, kitabın nəşri hüquqlarını Almaniya vətəndaşı öz adına yazdırıb və Əhməd Hüseynovun kitabı indi 44 avro qiymətinə satılmaqda olsa da, ona qonorar ödənilmir. Dilçi alim hüquqlarının bərpa olunmasında köməklik göstərilməsi üçün Respublika Müəllif Hüquqları Agentliyinə müraciət edib. Agentliyin sədr müavini Natiq İsayev deyir ki, Əhməd Hüseynov kimi aldadılmış alimlərin sayı az deyil. Bunun səbəbi isə onun fikrincə, Azərbaycanda insanlarda müəlliflik hüquqları barədə məlumatın azlığıdır.

Natiq İsayev onu da deyir ki, agentlik yaradıcı insanların müəlliflik hüquqlarını bərpa etmək üçün sənədlərin toplanmasında, lazım gələrsə xarici ölkələrin dövlət orqanlarına sorğuların göndərilməsində və müəlliflik hüquqlarının məhkəmə yoluyla müdafiəsində yardımçı olmağa çalışır. Hətta keçən il müəlliflərin xeyrinə 4 məhkəmə qərarının çıxarılmasına nail olub. Amma o təəsüflənir ki, yaradıcı insanlar vaxtında öz əsərlərini Müəllif Hüquqları Agentliyində qeydiyyata aldırmadıqları üçün sonradan əsərləri oğurlananda bunu sübuta yetirməkdə çətinliklər yaranır.
XS
SM
MD
LG