Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

«Panorama»nın bu gün ki, qonağı müstəqil ekspert İlqar Məmmədovdır


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı Bu dəfə o suallarmıza cavab verirdi və ötən verilişlərdə olduğu kimi «Ayna», «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirovla «Ekspress» qəzetinin əməkdaşı Zöhrab İsmayıl da söhbətdə iştirak edirdilər…

Söhbət əsasən, son günlər ölkə parlamentində ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişə edilən hücumlardan getdi. Müzakirədə qeyd edildi ki, görünür Azərbaycan hakimiyyəti üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə o qədər də maraqlı deyil. Həm beynəlxalq təşkilatların, həm də ABŞ və Qərb ölkələrinin seçkilərin demokratik keçirilməsiylə bağlı istəyini, Azərbaycandakı bəzi qüvvələr daxili işlərə qarışmaq kimi qiymətləndirirlər…



Həftənin mühüm hadisələri:



Ölkə parlamentində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rino Harnişə qarşı hücumlar davam etdi. Bəzi millət vəkilləri səfirin regionlara səfərlərində müxalifət partiyalarının təmsilçiləri ilə görüşməsini Azərbaycanın daxili işinə qarışmaq kimi qiymətləndirdilər. Parlament sədri Murtuz Ələsgərov isə Rino Harnişin fəaliyyəti ilə bağlı xarici işlər nazirliyinin araşdırma apardığını iddia etdi…



Xarici İşlər nazirliyi Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin fəaliyyətiylə bağlı araşdırma aparıldığını təkzib etdi. Səfir Rino Harniş isə bəyan etdi ki, Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir siyasi qüvvəni yox, seçkilərin demokratik keçirilməsini dəstəkləyir…



Prezident İlham Əliyev Pakistana səfər etdi. Səfər çərçivəsində iki ölkə arasında əsasən təhsil və nəqliyyat məsələləri olmaqla əməkdaşlıqa dair 6 müqavilə imzalandı…



Amerika Birləşmiş Ştatlarının Müdafiə Naziri Donald Ramsfeld yolüstü Bakıya gəldi. Cənab Ramsfeld hava limanında baş nazir Artur Rəsizadə və müdafiə naziri Səfər Əbiyevlə görüşdü. Rəsmi məlumatlarda bu görüşlər zamanı ikitərəfli əməkdaşlığın müzakirə edildiyi bildirildi…



Müxalifət düşərgəsində yeni bir seçki bloku yaradıldı. Bu blokda isə Azərbaycan naminə ictimai Forumun rəhbəri Eldar Namazov, Milli Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyeva, Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov və daha bir neçə təşkilat rəhbərinin birləşdiyi bəyan edildi…



Millət vəkili Asim Mollazadə fikir ayrılıqlarını səbəb göstərərək Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarını tərk etdi…



Parlament «Siyasi partiyalar haqqında» qanuna düzəliş etdi. Yeni düzəliş prezidentə qanunla partiya sədri olmağa imkan verir…



Azərbaycan və Ermənistan xarici işlər nazirləri Londonda ATƏT-in Minski qrupunun həmsədrləri ilə görüşdülər. Bu görüşlərdən sonra da Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflərin olmadığı açıqlandı…



Bakıda səfərdə olan ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikolos Haraşti ictimai televiziyanın yaradılmasının yubanmasından narahat olduğunu bildirdi. Onun sözlərinə görə, ictimai televiziyanın gələcək fəaliyyəti bu qurumun rəhbərliyindən də çox aslı olacaq…



Millət vəkili İsmayıl Ömərov İctimai Televiziyanın baş direktoru seçildi. Digər namizədlər seçkinin sifarişlə keçirildiyini iddia etsələr də, İsmayıl Ömərovun özü tam tərəfsiz olacağını bildirdi…



İndi isə bu həftəyə keçək…



Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Andreas Qross və Andreas Herkel Bakıya gəlməlidir…



Bu həftə həmçinin Rusiya parlamentində Federasiya Şurasının sədri Sergey Mironovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana gəlməsi gözlənilir…



Bundan başqa Kişniyovda «GÖUAM»-ın toplantısı keçirilməlidir…
XS
SM
MD
LG