Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

İctimai TV-yə baş direktor seçildi


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı «Hesab edirəm ki, televiziyadakı təcrübəmin və peşəkar həmkarlarımın köməyi ilə cəmiyyətin maraqlarına, eləcə də İctimai Televiziya haqda qanunun tələb və prinsiplərinə cavab verəcək televiziya yarada biləcəm».



Bu fikrin müəllifi İctimai Televiziyanın yeni seçilmiş baş direktoru İsmayıl Ömərovdur.



Aprelin 16-da keçirilən səsvermə zamanı Yayım Şurasının 9 üzvündən 6-sı İsmayıl Ömərova səs verib.



Səsvermə gizli şəkildə və əvvəldən deyildiyinin əksinə olaraq, kütləvi informasiya vasitələrinin iştirakı olmadan keçirilib.



İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli deyir ki, o, da jurnalistlərin iştirakını istəyib. Amma Yayım Şurasının əksər üzvləri hesab ediblər ki, kütləvi informasiya vasitələrinin nümayəndələri nəzarətedici orqan deyil. Və onların iştirakı səsverməyə mane ola bilər.



İctimai Televiziyanın baş direktorluğuna namizədlərdən biri, vaxtilə AzTV-yə rəhbərlik etmiş Elşad Quliyev isə səsvermənin obyektiv keçirilməsinə şübhəylə yanaşır. Onun sözlərinə görə, baş direktor yuxarıların göstərişi ilə seçilib.



İctimai Televiziyanın Yayım Şurasının üzvü Ağacan Əbiyev seçkilərin obyektivliyini şübhə altına alanlarla razı deyil. Onun sözlərinə görə, əslində, həmin beş namizəddən kim seçilsəydi, yenə də narazılıq olacaqdı.



O ki qaldı İsmayıl Ömərova, Ağacan Əbiyev deyir ki, o, daha prinsipialdır. Və dövlət televiziyasında işləməsinə baxmayaraq, bir müddət əvvəl məhz o, baş nazirin parlamentdə hesabat verməsini tələb etmişdi.



Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə hesab edir ki, ictimai televiziya məsələsinə şəxslərə görə qiymət vermək düz deyil. Bütövlükdə sistemə qiymət vermək lazımdır. Ona cavab tapmaq lazımdır ki, İctimai Televiziya ictimai maraqları əks etdirəcək, ya yox.



İsmayıl Ömərov özü isə deyir ki, uzun illər onun dövlət televiziyasında işləməsi müstəqil və bitərəf bir televiziyaya rəhbərlik etməsinə mane olmayacaq. Çünki, İctimai Televiziya başqalarından - həm dövlət, həm də özəl televiziyalardan fəaliyyət prinsiplərinə görə seçiləcək. İsmayıl Ömərov vəd edir ki, başçılıq edəcəyi televiziya tam bitərəf olacaq.



İctimai Televiziyanın direktoru İsmayıl Ömərov efirə ən yaxın zamanda çıxmağı planlaşdırdıqlarını deyir. Amma hesab edir ki, bu iyun-iyulda olmaya da bilər.



Azərbaycan Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərdən biri də ictimai televiziyanın yaradılması idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG