Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

Elmar Məmmədyarov: Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları kimi qəbul edirik


Səs: Real audio
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Londonda Minsk qrupunun həmsədrləriylə görüşləri başa çatdı Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Azadlıq Radiosuyla müsahibəsində deyir ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün yeni yeni təkliflər irəli sürməyib. Aprelin 15-də Londonda azərbaycanlı həmkarı ilə görüşdə isə hər zamankı məsələlərin müzakirəsi davam etdirliib. Birləşmiş Ştatların Böyük Britaniyadakı səfirliyində Minsk Qrupu həmsədrləri ilə birlikdə keçirilən görüşü hamıdan əvvəl tərk edən cənab Oskanyan London danişıqlarını bundan əvvəl Praqada keçirilən müzakirələrin davamı adlandırıb. Amma o, konkret nəyin müzakirə olunması ilə bağlı suala cavab verməkdən imtina edib.

Londondan Azadlıq Radiosunun müxbiri Kənan Kazımoğlu xəbər verir ki, danışıqlardan əvvəl Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov, Stiven Mənn və Bernar Fasye bəyanatla çıxış ediblər.

Həmsədrlər bu sənəddə son həftələr cəbhə xəttində atəşkəsin pozulmasından, qurbanların sayının artmasından və nəticədə Azərbaycanla Ermənistan arasında gərginliyin artmasından narahatlıq ifadə ediblər.



Onlar bildiriblər ki, tərəflər öz xalqlarını hər iki ölkədən kompromislər tələb edən balanslaşdırılmış sülh sazişinə hazırlamalıdırlar.



Sənəddə o da qeyd olunub ki, London müzakirələri aprelin sonunda Almaniyanın Frankfurt şəhərində davam etdiriləcək. İndiki müzakirələrin əsas məqsədi isə Ermənistan və Azərbaycan prezidentlərinin may ayına planlaşdırılan görüşünə hazırlıqdır.

Nazirlərin görüşündən sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmdəyarov Azadlıq Radiosuyla müsahibəsində rəsmi Bakının işğal altında olan torpaqların azad edilməsi və qaçqınların geri qayıtması barədə mövqeyinin dəyişmədiyini bildirib. O, əlavə edib ki, Azərbaycan Qarabagdakı erməni icmasını öz vətəndaşları hesab edir və onların təhlükəsizliyinə təminat verə bilər:



"Məncə, Ermənistan başa düşməlidir ki, regionda sülhə nail olmaq üçün Azərbaycanın torpaqlarının azad olunması, köçkünlərin geri qayıtması lazımdır. Əlbəttə, biz başa düşürük ki, bu çox çətindir. Çünki 15 ildən çoxdur münaqişə gedir."

Azərbaycanın Xarici İşlər naziri hesab edir ki, əgər kompromis deyəndə söhbət təhlükəsizliyə təminat verməkdən gedirsə, rəsmi Bakı erməni icmasını Azərbaycanın vətəndaşları kimi qəbul edir və onların təhlükəsizliyinə də təminat verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG