Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:00

Bugünkü Qlobusun qonaqları Böyük Britaniyadan, Yunanıstandan, Pakistandan və Birləşmiş Ştatlardandır


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusun qonaqları:



- Böyük Britaniyadan siyasi mühacir Qoşqar Məmmədov,

- Yunanıstanda oxuyan tələbə Rita Qafarova,

- Pakistanda təhsilini davam etdirən Babək Əhmədov,

- Və Amerika Azərbaycan Cəmiyyətinin Vaşinqtonda açılmış ofisinin rəhbəri Bədir Məmmədli.

Mən Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam.

Beləliklə, Qlobusun birinci qonağı siyasi sığınacaq üçün İngiltərə hökumətinə müraciət edən Qoşqar Məmmədovdur. Qoşqar bəy Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub. Amma təhsilinin son ilini başa çatdırmayaraq 2003-cü il 15 oktyabr seçkisindən sonra Azərbaycanı tərk edib.

Qlobusun növbəti qonaqları xaricdə oxuyan Azərbaycan tələbələridir. Rita Qafarova iki ildir Yunanıstanda yaşayır, Bakıda məktəbi qurtarandan sonra, Afina şəhərindəki fəlsəfə universitetinə daxil olub.

Rita deyir ki, Yunanıstanda yaşamaq onun xoşuna gəlir və bu ölkəyə artıq uyğunlaşıb.



Başqa bir tələbə qonağım isə Pakistanda təhsilini davam etdirir. Babək Əhmədov İslamabadda Beynəlxalq İslam Universitetində siyasi elmlər və beynəlxalq münasibətlər üzrə magistraturada oxuyur.



Və bugünkü Qlobusun axırıncı süjeti Birləşmiş Ştatlardandır.

ABŞ-ın Nyu-Cersi ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyəti bu yaxınlarda Vaşinqtonda öz ofisini açmışdır. Ofisə 1992-ci ildən Amerikada yaşayan Bədir Məmmədli rəhbərlik edir. Bədir bəy ilk dəfə Amerikaya təhsilini davam etdirmək üçün gəlmişdi. İndi isə ABŞ Müdafiə Departamentində maliyyə məsələləri üzrə məsləhətçidir.



Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı,



Sağ olun, gələn şənbə günü yenidən görüşənədək
XS
SM
MD
LG