Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Qarabağ danışıqları Frankfurtda davam etdiriləcək


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Birləşmiş Ştatların Böyük Britaniyadakı səfirliyində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçirilib.



Elmar Məmmədyarovun həmsədrlərlə danışıqları daha uzun sürüb.



Görüşü daha tez tərk edən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan “Azadlıq” radiosuna müsahibəsində danışıqları Praqa prosesinin davamı kimi qiymətləndirib.



Onun sözlərinə görə, Praqada müzakirə olunan məsələlər Londonda yenidən müzakirə olunub və həmsədrlərlə geniş məsləhətləşmələr aparılıb.



“Azadlıq” radiosu müxbirinin “ATƏT həmsədrlərinin tərəflərə hər hansı yeni təklifləri varmı” sualına cavabında Oskanyan bildirib ki, Londonda yeni məsələ müzakirə olunmayıb. Sadəcə, hər zamankı məsələlərlə bağlı müzakirələr aparılıb.



Oskanyan həmçinin qeyd edib ki, o, bu suallara əvvəllər aqtıq cavab verib. Belə ki, hələ Yerevanda olarkən Oskanyan bildirmişdi ki, Londonda xarici işlər nazirlərinə yeni sülh təkliflərinin veriləcəyi barədə xəbərlər həddən artıq şişirdilib.



Oskanyan danışıqlarda konkret nəyin müzakirə olunması ilə bağlı suala cavab verməkdən imtina edib.



London danışıqlarından qabaq ATƏT-in həmsədrləri Yuri Merzlyakov, Stiven Mənn və Bernar Fasye bəyanatla çıxış ediblər.



Həmsədrlər son həftələr cəbhə xəttində atəşkəsin pozulmasından, qurbanların sayının çoxalmasından və nəticədə Azərbaycanla Ermənistan arasında gərginliyin artmasından narahatlıq ifadə ediblər.



Onlar bildiriblər ki, tərəflər öz xalqlarını hər iki ölkədən kompromislər tələb edən balanslaşdırılmış sülh sazişinə hazırlamalıdırlar.



Həmçinin, o da qeyd olunub ki, London müzakirələri aprelin sonunda Almaniyanın Frankfurt şəhərində davam etdiriləcək.



Sənəddə bildirilir ki, aparılan müzakirələrin əsas məqsədi Ermənistan və Azərbaycan prezidentlərinin may ayına planlaşdırılan görüşünə hazırlıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG