Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:09

«İpoteka haqqında» qanun qəbul olundu


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Milli Məclisin bugünkü iclasında «İpoteka haqqında» qanun yenidən müzakirə olunub.



Millət vəkili Mais Səfərli deyir ki, bu variantda da bəzi boşluqlar var.



MM-in vitse—spikeri Ziyafət Əsgərov, deputatlar Şahəddin Əliyev, Rizvan Cəbiyev də «İpoteka haqqında» qanunun gənc ailələrə mənzil almaq üçün kreditlər verilməsini nəzərdə tutan maddələrində tam aydınlıq olmadığını bildiriblər.



MM-in İqtisadi siyasət daimi komissiyasının sədri, qanunun müəlliflərindən biri deputat Səttar Səfərovsa bildirib ki, bu sənəd kifayət qədər kamildir. O, həmkarlarının ötən iclaslardakı iradlarının hamısının nəzərə alındığını deyib. Müzakirələrin sonunda «İpoteka haqqında» qanun səsə qoyulub və qəbul edilib.



MM-də «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı da müzakirələr aparılıb.



Dövlət başçısının partiya sədri və partiya mənsubiyyətli olmasına icazə verilməməsini əks etdirən maddə müzakirə olunub.



«Siyasi partiyalar haqqında» qanuna edilən dəyişikliyə əsasən, artıq ölkə başçısının partiya mənsubiyyətinə qoyulan qadağa aradan qaldırılıb.
XS
SM
MD
LG