Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:15

İctimai TV—yə baş direktor seçkisi yenə təxirə salındı


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" İctimai TV—yə baş direktor seçkisi bu gün də baş tutmadı.



İctimai Yayım Şurasının üzvü Ağacan Əbiyevin sözlərinə görə, onlar namizədlərlə təkcə bu gün üzbəüz tanış olublar, bu tanışlıqdan dərhal sonrasa qərar vermək mümkün deyil.



Seçkilərin və namizədləri dinləmə prosesinin media və ictimaiyyət üçün açıq olacağı bildirilsə də, Milli Teleradio Şurasının binasında gecikmə ilə başlanan toplantıya media nümayəndələri buraxılmayıb.



Baş direktorluğa namizədlərdən biri Elşad Quliyev toplantının şəffaf olmamasından narazılıq edir. O, direktor seçkisinin yubanmasının ictimaiyyətə açıqlanmayan məqamlarla bağlı olduğunu istisna etmir.



Yayım Şurasının üzvü Ağacan Əbiyevsə gələn həftəyə qədər seçkini başa çatdıracaqlarını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG