Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:42

Prezident Aparatının şöbə müdiri ABŞ səfirini müdafiə edir


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Prezident Aparatı ictimai—siyasi şöbənin müdiri Əli Həsənov Sumqayıtda yeni yaradılmış Azərbaycan Regional Televiziya Şəbəkəsinin açılışında ABŞ səfirinin regionlara səfərlərini və gördüyü işləri müsbət qiymətləndirib.



“Səfir Rino Harniş yalnız xarici əlaqələrlə məşğul olmur, o, həm də Azərbaycanın bir dostu kimi regionların inkişafına yardım edir”.



Əli Həsənovun sözlərinə görə, müxalifət partiyaları da ölkədəki demokratik proseslərdən yararlanacaq və partiyalara mitinq keçirmək imkanı veriləcək. Ancaq indi yox, parlamentə seçki kampaniyası vaxtı.



Əli Həsənov seçki bloklarının yaradılmasını müxalifətin son 10 ildə atdığı ən düzgün addım hesab edir.



ABŞ—ın Azərbaycandakı səfiri Rino Harniş isə demokratikləşmə prosesində ən vacib istiqamətlərdən birini medianın inkişafında görür. Səfirlik bu məqsədlə 7 regional televiziyanın şəbəkəsini yaratmağa yardım edəcək.



“Biz 7 bölgə televiziyasına yardım edəcəyik və onlardan ibarət yeni şəbəkənin yaradılmasına yardımçı olacağıq. Bundan əlavə, xüsusi ötürücü qurğuları da alıb onlara verəcəyik… Bunların hamısı bölgə TV-lərinin daha azad və müstəqil olmasına yardım etmək məqsədi güdür. Ümumiyyətlə, mənə belə gəlir ki, hazırda fəaliyyət göstərən kanallar tərəfsiz olmağa çalışır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG