Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:13
Rubrikalar

Azərbaycan futbolçuları da Avropalı oldu - əgər Avropada oynaya bilsələr


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Bundan sonra Azərbaycandan olan futbolçular Avropa Birliyi ölkələrində legioner sayılmayacaqlar. Bəzi Avropa ölkələrinin futbol birinciliyində legioner limitinə ancaq Avropa Bilrliyinə üzv olmayan ölkələrin vətəndaşları aid olnurdu. Avropa Məhkəməsinin aprelin 12-də verdiyi qərarıyla Azərbaycan da daxil omaqla 101 ölkənin futbolçuları Avropa Birliyi vətəndaşı olan futbolçularla eyni status alıb. Rusiyadan olan İqor Simutenkovun İspaniyada qeyri-Avropalı statusuyla oynamasına etiraz olaraq qaldırdığı iddia ərizəsinə müsbət cavab verən Avropa məhkəməsinin qərarından bir gün sonra, Avropa Hüquq Komissiyası 101 ölkədən olan futbolçularalara avropalı statusu verib.



Bu siyahıya Avropa qitəsindəki dövlətlərdən başqa, Asiyadakı keçmiş SSRİ respublikaları, Türkiyə və Şimali Afrika ölkələri də aid edilib.



Dünən UEFA Çempionlar Liqasında son iki yarımfinalçı bəlli olub. 1 həftə əvvəl İngiltərədə “Liverpul”a 2-1 hesabı ilə uduzan “Juventus” öz meydanında əvəz çıxa bilməyib. Və 0-0 hesabıyla bitən oyundan sonra “Liverpul” ilk dəfə Çempionlar Liqasının yarımfinalına çıxıb. İndi yarımfinalda “Liverpul” başqa bir ingilis klubu- “Çelsi” ilə qarşılaşacaq.



Lionda olduğu kimi, Hollandiyada da keçirilən oyunda isə əsas və əlavə vaxtı 1-1 bitən “PSV” – “Lion” oyununda qalib oyundan sonra penalti vuruşlarıyla müəyyənləşib. Daha dəqiq olan Hollandiya təmsilçisi “PSV” də tarixində ilk dəfə yarımfinala adlayıb. Bu mərhələdə “PSV”-nin rəqibi “İnter”-“Milan” cütünün qalibi olacaq. Çərşənbə axşamı azarkeşlərin davranışı üzündən yarımçıq saxlanan “İnter” və “Milan” cütünün taleyinə cümə günü, UEFA Nizam-İntizam Komissiyasında aydınlıq gələcək.



Futbol üzrə 13-cü Azərbaycan çempionatında 27-ci turun oyunlarına yekun vurulub. Bu turda yenilsə də, 61 xalı olan “Qarabağ” liderliyini sürdürür. Amma lideri ikinci yerdəki “Neftçi”dən cəmi 1, “Xəzər Lənkəran”dansa 2 xal ayırır. “Qarabağ”ı bu turda məğlub edən “İnter” 56 xalla 4-cü, 55 xalı olan “Karvan” və “Turan” isə 5-6-cı yerləri bölüşür. Amma 2-ci yerdəki “Xəzər-Lənkəran”ın və 5-ci yerdəki “Karvan”ın bir-biriylə təxirə salınmış oyunu qalıb.



UEFA-nın İsveçrədəki qərargahında gələn mövsüm üçün İntertoto Kubokunun püşkü atılıb. Bu mövsümdəki çempionatın yekunlarına görə 4-cü yeri tutan Azərbaycan komandası bu turnirə qatıla biləcək. Azərbaycan komandasının rəqibi Polşa Çempionatında 4-cü yeri tutan komanda olacaq. İlk oyunlar iyunun 18-19 keçiriləcək.



Bolqarıstanın Varna şəhərindəki sərbəst güləş üzrə Avropa Çempionatında Azərbaycan güləşçisi ikinci olub. 66 kq çəki dərəcəsində yarışan Elman Əsgərov yalnız finalda uduzub və gümüş medal qazanıb. Çempionata 12 idmançı ilə qatılan Azərbaycan sərbəst güləş yığmasının digər üzvləri mükafat qazana bilməyib.



Yunan-roma güləşi üzrə Azərbaycan yığması isə mübarizəyə bu gün başlayır. Bu çempionatda isə, Azərbaycanı Xəyal Həsənov, Hüsaməddin Rəcəbov, Vitali Rəhimov, İlqar Abdulov və Loğman Abbasov təmsil edir.



Bu gün, aprelin 14-də Moskvada keçirilən Avropa birinciliyində Azərbaycan sambo yığması mübarizəyə başlayacaq. Rusiya paytaxtına Azərbaycan yığması Mübariz İbrahimovun rəhbərliyi altında 6 samboçu ilə yollanıb. Aprelin 18-də başa çatacaq yarışda Azərbaycanı Elçin Mayılov, İlham Məmmədov, Habil Məsməliyev, Qalib Hümbətov, Zaur Paşayev və Ruslan Rüstəmov təmsil edəcək.



Səudiyyə Ərəbistannında keçirilən I İslam Həmrəyliyi oyunları- İslam Olimpiadasında Azərbaycan idmançıları- bir bürünc medal qazanıb. 63 kq-da yarışan taekvandoçu Babək İsgəndərov 3-cü olub. Tacikistana 3-0 hesabıyla qa
XS
SM
MD
LG