Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:03
Rubrikalar

Bütün işləyənlərə sosial sığorta şəhadətnaməsi veriləcək


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" 3 ildən sonra Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 3 milyard dollara çata bilər. Bu yöndə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilməsi əsas təsir vasitələrindən biri olacaq. Turkishpress agentliyinin məlumatına görə, Türkiyənin dövlət naziri Mehmet Aydın ölkəsinin Avropa Birliyinə inteqrasiyasının Azərbaycana da güclü təsir edəcəyini deyib. Hazırda Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox investisiya yatırıblar.



“Azərenerji” səhmdar cəmiyyəti istehsal olunan enerjiyə sərf olunan yanacağın miqdarını azaldıb. Azərtac agentliyinin məlumatına görə, son hesablamalara əsasən 1 kilovat elektrik enerjisi üçün sərf olunan yanacağın həcmi 2.2 faiz azalıb. “Azərenerji” bunu yeni avadanlığın alınmasının nəticəsi hesab edir.



Azərbaycanda bütün işləyənlərə iyulun 1-dən social sığorta şəhadətnamələri paylanacaq. Bu haqda məlumatı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov verib. Onun sözlərinə görə, bu yaxınlarda Nazirlər Kabineti sığorta şəhadətnamələrin formasını təsdiq edəcək. Hər bir işləyən adamın sığortalanmasını təmin edəcək şəhadətnamələrin üzərindəki nömrəyə uyğun olaraq banklarda hesablar açılacaq. Amma bu yalnız 2008-ci ildə baş verəcək.



Aprelin 15-də Milli Bankdan aldığımız məlumata görə, bütün valyutalar dəyərdən düşüb və dollar 3 il əvvəl 2002-ci ilin aprelindəki qiymətlə bərabərləşib. İndi 1 dollar 4829, rubl 173, 1 avro isə 6177 manatdır.
XS
SM
MD
LG