Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Təqaüdçülərin bir qisminin pensiyası artırılacaq


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Bu aydan 1993-99—cu illərdə təqaüdə çıxan və inflyasiya nəticəsində az təqaüd alanların pensiyası iki dəfə artırılacaq.



Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov aprelin 15-də Yeni Azərbaycan partiyasının qərargahında keçirilən ənənəvi mətbuat konfransında bildirib.



Bu illər ərzində pensiyaya çıxanların sayı isə 96 min 900 nəfərdir.



Azərbaycanın pensiya sistemində yeniliklər 2006-ci ildə baş tutacaq. Yeni pensiya sisteminin tətbiqi üçün hazırda qanunvericilik üzərində iş gedir.



Səlim Müslümov hesab edir ki, əmək pensiyaları sosial sığorta ödəmələrindən asılı olmalıdır. İlk iki il isə sosial sığorta yığımının könüllü olması nəzərdə tutulur.



Cənab Müslümovun sözlərinə görə, yeni qanun sosial sığorta və pensiya ödəmələrindəki neqativ halları aradan qaldırır.



Səlim Müslümov həm də özəl pensiya fondlarının yaradılmasıyla bağlı Beynəlxalq Valyuta Fondundan texniki yardım istədiklərini bildirib.



Ümumilikdə Azərbaycanda 1 milyon 366 min 720 nəfər pensiyaçı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG