Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

“Gənclər təşkilatları inkişafda: son on illiyin təcrübəsi” mövzusunda forum keçiriləcək


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" “Gənclər təşkilatları inkişafda: son on illiyin təcrübəsi” mövzusunda Sərhədsiz Gənclər Təşkilatı, Azərbaycan Gənclərinin İnkişafı Mərkəzi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşəbbüsü ilə keçiriləcək forumda könüllü qismində siz də iştirak edə bilərsiz. 18-30 yaş arası gənclərin iştirak edəcəyi forum aprelin 25-dən 30-dək Zaqulba istirahət mərkəzində keçiriləcək. 18 ölkədən olan gənclərin iştirak etdiyi bu forumu keçirməkdə əsas məqsəd isə Şərqi Avropa ölkələrinin gənclər siyasətində son on illiyin ən uğurlu təcrübəsi ilə tanış olmaq və bu təcrübəni digər ölkələrə ötürməkdir. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından da bu tədbir müstəsna əhəmiyyətə malikdir. Tədbirdə iştirak etmək üçün bəzi şərtlər də var.

- Hər hansı bir xarici dildə sərbəst danışmaq və Azərbaycan, o cümlədən Bakı haqqında kifayət qədər məlumata malik olmaq lazımdır.

Azərbaycan Gənclərinin İnkişafı mərkəzinin prezidenti Anar Aslanov.

Forumda iştirak etmək üçün sadəcə sg.baku@yahoo.com e-maili vasitəsilə Azərbaycan Gənclərinin İnkişafı mərkəzinə müraciət etmək lazımdır.
XS
SM
MD
LG