Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Jurnalist təşkilatları E. Hüseynovun qətlinin istintaqıyla bağlı məlumatsızlıqdan narahatdır


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Jurnalist təşkilatları «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqıyla bağlı informasiya ala bilmədiklərinə görə hüquq-mühafizə orqanlarıyla danışıqlara başlayacaqlar.



Azərbaycan Jurnalistlər Konfederasiyasının rəhbəri Azər Həsrət deyir ki, qətlin istintaqı Milli Təhlükəsizlik Nazirliyinə veriləndən sonra cəmiyyətin istintaqla bağlı məlumat almaq imkanları məhdudlaşıb.



Azər Həsrətin sözlərinə görə, informasiya almaq tələbi Elmar Hüseynovun qətlinə etiraz kimi jurnalistlərin keçirəcəkləri növbəti aksiyaların şüarı da ola bilər.



Aprelin 14-də Elmar Hüseynov adına Fondun toplantısı da keçirilib.



Fondun himayəçilərindən biri, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, onlar mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Gününü Elmar Hüseynov günü kimi qeyd etmək qərarına gəliblər. Bu gündən başlayaraqsa xarici ölkələrin Azərbaycandakı səfirləriylə də görüşməyi planlaşdırıblar.



Elmar Hüseynovun atası Sabir Hüseynov da istintaqdan yeni bir məlumat almadığını deyir.



İşin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyi mətbuat xidmətinin rəhbəri Arif Babayev isə bildirdi ki, hazırda istintaq hərəkətləri davam edir. İstintaq sirri olduğu üçün əlavə məlumat verə bilməyəcək.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov martın 2-də yaşadığı binanın girişində qətlə yetirilib. İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyindən əvvəl Respublika Prokurorluğu aparırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG