Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

Abşeron sənaye zonası yaradılır


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” Faktiki olaraq bu dəfəki yığıncaqda əsas qeyd olunan məsələ də elə o oldu ki, sahibkarlarlın keçən 4 iclasda verdikləri təkliflərin demək olar ki, çox cüzi hissəsi həyata keçirilib. İqtisadi uinkişaf naziri Fərhad Əliyev də bəzi m\əmurların verilən vədləri yerinə yetirmək istəmədiklərini və sahibkarlara maneçilik törətdiklərini dedi. Onun sözlərinə görə, əsas təkliflər xüsusi tipli iqtisadi bölgələrin yaradılması ilə bağlı olub.



Amma bütün bunlara baxmayaraq İqtisadi İnkişaf Naziri Fərhad Əliyev toplantının sonunda qeyd etdi ki, yaxın vaxtlarda Abşeron sənaye zonasının açilişı keçiriləcək və gələcəkdə nazirlik bu zonanın azad iqtisadi zona şəklinə gətirilməsinə çalışacaq.



Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov inhisarçılığın xüsusilə bölgələrdə müşahidə olunduğunu dedi və rayonların sahibkarı kimi adlandırdığı icra hakimiyyətlərindən şikayətləndi. Onun sözlərinə görə, yerli qurumlar bölgələrdəki bütün iqtisadi strukturları özlərinin əllərində cəmləşdirib və bu da gələcəkdə islahatlar aparmalı olan Azərbaycan üçün təhlükələr yarada bilər. Ələkbər Məmmədov ümumiyyətlə sahibkarlar üçün ən böyük problemin iqtisadi və şəxsi təhlükəsizliyin olmaması ilə bağladı. Onun sözlərinə görə, Azərbaycanda aparılan “Qara kəmər” əməliyyatı həyəcan təbilinin vurulmalı olduğunu göstərir.



Korrupsiya məsələsinə dəfələrlə toxunuldu. Amma yalnız sahibkarlar tərəfindən. Toplantıda olan nazir Fərhad Əliyev bu mövzuya bir fakir bildirmədi. Sahibkarlar tenderlərin qeyri şəffaf keçirilməsindən danışdılar. Sahibkarların tez-tez korrupsiya ilə üzləşdiklərini deyən BMT-nin rezident əlaqələndiricisi Marko Barsotti – yoxlayan qurumların həddən çox olduğunu dedi. Onun sözlərinə görə, belə qurumların əsas məqsədi ziyan vermək yox, yardım etmək olmalıdır.



Sahibkarlar konfederasiyasının rəhbəri Ələkbər Məmmədov deyir ki, indi hər şey tərsinədir. Onun sözlərinə görə, 3-4 il əvvəl qanuni şəkildə özəlləşdirilən əmlak indi in əksinə məhkəmələr tərəfindən alınaraq başqasına verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG