Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:56
Rubrikalar

Azercell-də dövlət payı müəyyinləşir


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” Gələn ilin büdcəsi aprelin 16-da Nazirlər Kabinetinə təqdim olunacaq. Assa –İrada agentliyinin məlumatına görə, büdcənin ilkin variantının hazırlanması ilə Maliyyə Nazirliyinin bu il yaradılan iki xüsusi komissiyası məşğul olub. Komissiyalarda 40-dək dövlət qurumunun nümayəndələri iştirak edir.



Azərbaycan bu il dünyanın ən yüksək artımına malik olan ölkələrindən biri olacaq. İtar-Tass agentliyinin məlumatına görə, Beynəlxalq Valyuta Fondunun ekspertləri ümumi daxili məhsulun 21.6 faiz artacağını gözləyirlər.

2006 –cı ildə isə artım 38 faizdən çox olacaq.



Azercell-dəki dövlət payı gələn həftə bilinəcək. Bu haqda məlumat verən iqtisadi İnkişaf Naziri Fərhad Əliyevin sözlərinə görə. Iştirak payı təxminən 100 milyon dollar olacaq. Yekun qiyməti haqda Avstriyanın qiymətləndirici şirkəti bu həftənin sonunda hökümətə məlumat verəcək.



Azərbaycan Sahibkarlar Konfederasiyası ilk qurultayını aprelin 20-də keçirəcək. Tədbirdə konfederasiyanın 5 illik fəaliyyəti və sahibkarların problemlərinin həlli yolları müzakirə olunacaq.



Aprelin 14-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4833, 1 rubl 173, avro isə 6224 manatdır.
XS
SM
MD
LG