Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

İctimai TV—yə baş direktor seçkisinin günü məlum oldu


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” İctimai TV—yə baş direktor seçkisi aprelin 15-də keçiriləcək. İctimai Yayım Şurasının toplantısında belə qərar verilib.



Amma o da qərara alınıb ki, İctimai TV—yə rəhbərlik etmək istəyən namizədlər öncə öz bacarıqlarını nümayiş etdirsinlər. Bundan ötrü sabah keçiriləcək iclasa 22 nəfər arasından seçilən 5 namizəd dəvət olunacaq.



Bu namizədlər onlara ayrılan vaxt ərzində öz platformalarını səsləndirməli və Yayım Şurası üzvlərinin suallarını cavablandırmalıdırlar.



Bu təkliflə Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev çıxış edib.



Ağacan Əbiyevin sözlərinə görə, seşki prosesi və ümumilikdə iclasın mətbuat üçün açıq olmasına da qərar verilib.
XS
SM
MD
LG