Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:28

R. Harniş: “ABŞ Azərbaycanda heç bir siyasi partiyanı dəstəkləmir"


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” “ABŞ Azərbaycanda heç bir siyasi partiyanı və ya hansısa namizədi dəstəkləmir. Birləşmiş Ştatların Azərbaycanda dəstəklədiyi yalnız seçki prosesinin demokratik olmasıdır”.



Aprelin 13-də Sumqayıt şəhərində Regional Maarifçilik və İnkişaf Mərkəzinin açılışında iştirak edən ABŞ səfiri Rino Harniş belə deyib.



«Əslində mən təkcə üç partiyanın deyil, bir neçə partiyanın nümayəndəsi ilə görüşmüşəm. Bağlı qapılar arxasında deyərkən nəyin nəzərdə tutulduğunu bilmirəm. 5 icra hakimiyyəti ilə keçirdiyim görüşlər də bağlı qapı arxasındaydı. Ancaq bu heç də o demək deyildi ki, orada hansısa məxfi danışıqlar aparılırdı».



Parlamentin aprelin 12-də keçirilən iclasında bir sıra millət vəkilləri cənab Harnişi bölgələrdə müxalifətlə qapalı görüşlər keçirməkdə, hətta Azərbaycanda inqilab hazırlamaqda ittiham etmişdilər.



Rino Harniş deyir ki, ABŞ hansısa ölkədə inqilab yaratmır. O, inqilaba inanmır və onu dəstəkləmir.



Səfirin sözlərinə görə, Birləşmiş Ştatlar siyasi partiyalar və onların namizədlərinin seçkilərdə daha yaxşı iştirak etmələri üçün treninq təklif edir. O deyir ki, Amerika Azərbaycanda demokratik seçki prosesinin baş tutmasına kömək edir.



Səfir parlamentin son iclasında spiker Murtuz Ələsgərovun onun fəaliyyəti ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyində ciddi araşdırmalar aparılması barədə dediklərinə də münasibət bildirib.



«Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər mövcuddur. Dünən axşam mən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə ABŞ-ın müdafiə naziri Donald Ramsfeld arasında olan görüşdə iştirak etmişəm. Və bu görüşdə biz sizin ölkənizin NATO-nun Fərdi Tərəfdaşlıq Proqramına inteqrasiyasını həyata keçirmək məsələsində göstərə biləcəyimiz köməyi müzakirə etdik.



Gələn ay isə ABŞ-ın energetika naziri Bakı—Ceyhan neft kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda olacaq. Bu tədbirə ABŞ çox böyük əhəmiyyət verir. Biz onun Azərbaycanın və bölgənin inkişafında müstəsna rol oynayacağına inanırıq. Əgər Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələni təhqiq edəcəksə, ümid edirəm ki, bütün bu gerçəkliklər nəzərə alınacaq».



Son günlər ABŞ səfirinin ünvanına söylənən fikirlərə Prezident Aparatı ictimai - siyasi şöbənin müdiri Əli Həsənov da münasibət bildirib. O, bu fikirləri hansısa tərəfin mövqeyi kimi yozmağın düzgün olmadığını deyib.
XS
SM
MD
LG