Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:15

Türkiyənin Ermənistana münasibəti dəyişməz qalır


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” Bu gün Türkiyə Böyük Millət Məclisində Ermənistanın soyqırımı iddialarına cavab vermək yolları barədə müzakirələr keçirilib.



Xarici işlər naziri Abdulla Gül Azərbaycan əraziləri işğal altında qaldıqca və Türkiyənin sərhədləri tanınmadıqca, Ermənistanla diplomatik əlaqələr qurulmayacağını deyib.



Ermənistan 1915-ci ildə Osmanlı imperiyasında bir milyon yarım erməninin qətlə yetirildiyini iddia edir və beynəlxalq aləmi bunun soyqırımı kimi tanınmasına çağırır.



Türkiyə isə Birinci Dünya müharibəsində yerli ermənilərin bir çoxunun rəqib Rusiyaya tərəf keçdiyini və 300 minə yaxın erməninin və on minlərlə türkün öldürüldüyünü deyir.



Bu arada xəbər verilir ki, Ermənistanda getdikcə daha çox adam işğal olunmuş Dağlıq Qarabağ ətrafı yeddi rayonun qaytarılmasına tərəfdardır, amma Dağlıq Qarabağ üzərində Ermənistanın nəzarətinin vacibliyi şəksiz sayılır.



Aprelin 12-də Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin yaydığı rəy sorğusundan belə çıxır.
XS
SM
MD
LG