Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:08

Asim Mollazadə AXCP-dən niyə getdi?


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” Millət vəkili Asim Mollazadə deyir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verməsi fikir ayrılıqları ilə bağlıdır. Asim Mollazadənin sözlərinə görə artıq xeyli vaxtdır ki, onun baxışları ilə partiyanın siyasi kursu arasında böyük fərqlər meydana çıxıb. Hətta, bu addımı bir qədər əvvəl atmaq istəsə də, müəyyən tərəddüdlər üzündən vaxtı uzadırmış. Asim Mollazada qeyd edir ki, müxalifətin ən ağır vaxtlarında heç də belə bir niyyətdə olmayıb. İndi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarında qalsa, şəxsi maraqlarını siyasi prinsiplərindən üstün tutmuş olar.

Asim Mollazadə deməsinə görə, ehtiyat edir ki, onu istefa vermək məcburiyyəti qarşısında qoyan bu fikir ayrılıqları ilə bağlı müzakirələr partiyaya xələl gətirə bilər. Azərbaycan Xalq Cəbhəsi Partiyasında hələ də hörmət etdiyi bir sıra adamlar qaldığından bunda maraqlı deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Fuad Mustafayev isə Asim Mollazadənin bu qərarının partiya daxilində hörmətlə qarşılandığını deyir. Onun sözlərinə görə, məhz həmin siyasi fikir ayrılıqları tək partiya daxilində yox, cəmiyyətdə də birmənalı qarşılanmırdı:

-AXCP ölkə əhalisinin maraqlarına xidmət edən bir hakimiyyətin formalaşmasında maraqlıdır…

Fuad Mustafayevin sözlərinə görə, bəzi şəxslərin bu hədəflərdən kənarda çıxış etmələri onlara heç bir problem yaratmır. Əksinə bundan sonra partiya daxilində yəqin ki, belə arzuedilməz hallar yaşanmayacaq.

Çapı müvəqqəti olaraq dayandırlan «Avropa» qəzetinin şərhçisi Hikmət Sabiroğlu deyir ki, indi müxalifətdə olmağın şərtləri ağırlaşıb. Baxmayaraq ki, bir il əvvəl müxalifət indi ilə müqayisədə daha zəif idi və ona hücumlar bundan qat-qat güclü idi. Hikmət Sabiroğlunun sözlərinə görə, indi müxalifətdə olub, başqa maraqlardan çıxış etmək xeyli çətinləşib:

-İstər Asim Mollazada olsun, istərsə da Əliməmməd Nuriyev yumşaq desək hakimiyyətə münasibətdə kəskin mövqeləri ilə seçilmirlər. Bunu onların çıxışlarından da görmək mümkündür…

Hikəmt Sabirotğlu hesab edir ki, bütün bunlar heç də Azərbaycan Xalq Cəbhəsi Partiyasının zəifləməsinə xidmət etmir. Çünki sıravi partiya üzvləri hakimiyyətə qarşı birmənalı mövqeyin ortaya qoyulmasında maraqlıdırlar…

Günün bütün mövzuları

XS
SM
MD
LG