Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:47

“Putinin vədi”


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” --“Uolt Strit Cournal”



Keçmiş SSRİ ölkələrində etiraz aksiyalarından narahatlıq keçirən Kreml özünün gənclər təşkilatlarını qurur.



Onun bu addımı müxalif gənclər təşkilatlarının fəallaşdığı bir vaxta təsadüf edir.



Martda küçələrə “Naşi” adlı yeni Kremlpərəst gənclər təşkilatı çıxıb. Onun fəalları deyirlər ki, əsas məqsədləri Putini devirmək istəyənlərə qarşı durmaqdır.



Son bir neçə ildə Rusiyada partiyalar siyasi cəhətdən passiv hesab etdikləri gəncləri hesaba almırdılar. Ancaq digər keçmiş Sovet respublikalarında xalq qiyamları onları gənclər təşkilatlarına daha çox diqqət ayırmağa sövq edib.



Müxalif liberal “Yabloko” partiyasının gənclər qanadının lideri İlya Yaşin deyir ki, “Rusiyada siyasət küçələrə çıxır. Hər halda, gənclər özlərini göstərəcəklər”.



--“Tayms”



Bazar ertəsi Hannoverdə Rusiya və Almaniya kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə Putin deyib ki, o, konstitusiyaya hörmət edir və vəzifəsini 2008—ci ildə tərk edəcək.



Hamı bundan məmnundur.



“Lakin dünya yaxşı bilir ki, Putinin qanunların icrasına dair vədlərinə o qədər də etibar etmək olmaz. Amma onun bu dəfə öz sözünün üstündə duracağına inanmaq üçün səbəb çoxdur”.



2008-ci il üçün iki ssenari ehtimal olunur: ya hakimiyyətə Putinin adını və maraqlarını qoruyacaq sözəbaxan birisi gətiriləcək, ya da Putinin üçüncü müddətə qala bilməsi üçün konstitusiyada düzəlişlər ediləcək.



Bu variantlardan heç birini yaxşı adlandırmaq olmaz, amma birincisi ikincisinə nisbətdə daha yaxşıdır.



“Konstitusiyayla ədəbsiz davranmanın riski daha böyükdür”.



--“Qardian”



Keçən il Britaniya ordusundan fərarilik edən əsgərlərin sayı iki dəfədən çox artıb. Bu haqda Britaniya Müdafiə Nazirliyi xəbər verir. Bu gün 500—dən çox əsgərin harada olduğu bilinmir.



Fərariliyin artması İraqa müdaxilə və onun nəticələri ilə bağlıdır. Bunu müstəqil mənbələr də təsdiq edir. Ancaq bu hal İraq müharibəsindən əvvəl də müşahidə olunub.



Ordunu özbaşına tərk etmiş əsgərlərin hüquqlarını qoruyan vəkil Qilbert Bleyds İraq müharibəsini fərariliyin artmasında “ən mühüm amil” adlandırır. Amma bununla belə əlavə edir ki, getdikcə daha çox əsgər ordu həyatının “təhqir və intizamına” tab gətirmir.
XS
SM
MD
LG