Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:49

Xəncərə qızıl və gümüşdən bəzək vurmaq hələ sənətkarın varlı olması demək deyil...


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” Beş mərtəbəli binaının zirzəmisi rəssam Şaiq Məmmədovun emalatxanasıdır. Zirzəmidə ayaq qoymağa yer yoxdur. Bir tərəfdə Şaiq müəllimin işləməsi üçün lazım olan ləvazimat yığılıb,



dəmir cihazlar və mənə tanış olmayan bir neçə əşya… Digər tərəfdə taxta parçaları yığılıb, lazımsız məişət əşyaları toplanıb. Yerə soğan səpələnib. Deyəsən, bir qıraqda qoyulan kisədən düşüb. Qaranlıq, heç bir işıq düşməyən emalatxananı bircə zəif lampa işıqlandırır. İçəridə hava da yoxdu, 15-20 santimetrlik dəmir çərçivədən içəri çətin hava dola.



Azərabycan Rəssamlar İttifaqının üzvü Şaiq Məmmədov uzun illərdir ki, xalq tətbiqi sənətiylə məşğul olur. Gümüş tiyəli xəncərlər, qılınclar, cüyür ayağından qamçı, ovsu bıçaqları, gümüş işəməli qəlyanlar, sinəbəndlər, müştüklər…. Bəziləri sənətkarın evində, bəzilərisə Gəncə Elm Mərkəzində açılan İncəsənt mərkəzindədir.





Şaiq Məmmədov «Qurani-kərimi»in, Nizami Gəncəvinin «Xəmsə»sinin kitablarının metal üzlüklərini işləyib. Drezden muzeyində saxlanılan Kitabi-Dədə Qorqudun cildinin üzünün çıxarılmasını isə Məldəniyyət Nazirlimyi ona sifariş eləyib və əsər hazır olandan sonra onu o vaxtkı ölkə başçısı Heydər Əliyevə hədiyyə verib.

Şaiq Məmmədov deyir ki, o əvvəllər qrafikayla məşğul olub, ancaq sonradan xalq tətbiqi sənətinin unuduluğunu görub bu işə qol qoyub… Qərarından narazı deyil, baxmayaraq ki, sənəti onu dolandırmır. Hazırladığı əşyalara Azərabycanda az hallarla alıcı tapılır. Sənətkar deyir ki, o, hansısa bir əsər işləyəndə onu satmaq üçün işləmir. Ancaq dolanmaq üçün, yeni materiallar almaqdan ötrü bu qazanca ehtiyacı var.





Mədəniyyət naziri Polad Bülbüloğlu keçən il Gəncədə olarkən yerli sənətkarların bu problemini jurnalistlər qaldırmışdı. O da bildirmişdi ki, nazirliyin tərkibində belə işlərin müəllif əsəri olduğuna rəy verən komissiya işləyir. Ancaq Şaiq Məmmədov deyir ki, bu komissiyasının rəyi heç nəyi həll etmir. Çünki onun hazırladığı işlər əlvan metallardandı ki, mövcud qanunvericilik də əlvan metalların ölkədən çıxarılmasını qadağan edir. Milli Məclisin üzvü Asya Manafova deyir ki, parlamerentdə «qiymətli metallar və qiymətli daşlar» qanunu qəbul olunandan sonra əlvan metalların öləkədən çıxarılması prezident fərmanıyla müvafiq quruma veriləcək.



Şaiq Məmmədovsa bildirir ki, onların əsas iki problemi var, biri əsərlərin satılması, o biri də emalatxanayla bağlıdır.



Şaiq müəllim zirzəmidə əsas işi görəndən sonra incə işləməli evinin bir güncünə qoyduğu stolunda eləyir.Evdəkilər də bu hay-küyə öyrəşiblər, uşaqlar dərslərini bu səs-küyün altında hazırlayır, ailə üzvləri televizora motor sədaları altında baxır. Ancaq Şaiq müəllim emalatxana arzusunu dəfn eləməyib, deyir ki. dəfələrlə Gəncə mədəniyyət şöbəsinə üz tutub, söz də veriblər, ancaq nəticəsi olmayıb. Emalatxana probemi yaradıcılığında aşması çətin görünən çəpərə çevrilən bir sənətkarsa heykəltaraş Sadıq Sadıqovdu. 1985-ci ildə diplom işini – vaza üzərində Nizami Gəncəvinin «Xəmsə»sinin miniatürünü işləmək üçün Gəncəyə təyinat alan heykəltəraş «ora getmə, Gəncədə keramikanı işləmək üçün şərait yoxdur» sözlərini ona deyələri mat qoyub. 80 santimetrlik hündürlüyündəki farfor vazını İncəsənət müzeyi də almaq isətyib.



Gənc heykəltaraş ona yaşamaq üçün verilən yataqxananı emalatxanaya çevirib özü kirayədə ev tutub. Elə burda da ayaq qoymağa yer yoxdu, müxtəlif qəliblər, yarımçıq işlər – müxtəlif farvor qablar, vazalar, boşqablar, hazır işlər hamısı bir-birinə qarışıb. Sadıq Sadıqov deyir ki, buranın adı emalatxanadır, ancaq o şərtlərə cavab vermədiyndən burda soba quraşdıra bilm

Günün bütün mövzuları

XS
SM
MD
LG